həm də qüvvətli ola bilər. Bu səbəbdən də, dəlillərin təsir gücünü
müəyyənləşdirərkən auditoriyanın xüsusiyyətləri nəzərə alınmalıdır.
3.
K om pozisiyalı təqdim atda dəlillərin zəiflədilm əm əsi p rin
sipi (zirvə və anti- piram ida (homer) nizam ı)
onunla bağlıdır ki,
gətirilən dəlillərin sırası onların inandıncılığına təsir edir. Birinci
halda orta qüvvətli dəlillər əsaslandırmanın əvvəlinə, güclülər - so
nuna yerləşdirilir, ikinci halda isə əksinə.
Psixoloqların qeyd etdiyi kimi, mühüm fikir şərhin əvvəlində,
yaxud sonunda formalaşdırıldığı halda daha yaxşı və bütünlüklə
dərk edilir; bu, yaddaşın işinin psixoloji qanunu ilə - «kənar ami
li», yaxud Q. Ebinhauz tərəfindən formalaşdırılmış birinci və so
nuncu yer qanunu ilə bağlıdır. Dəlillərin aşağıdakı nizamı daha
inandırıcıdır: qüvvətlilər- ortalar- ən qüvvətlilər (Homer nizamı).
4.
D əlillərin ayrılm ası və birləşdirilm əsi prinsipi.
Əgər dəlillər
qüw ətlidirsə, onları ayrı-ayrılıqda, hər birini tək-tək inkişaf etdir
məklə göstərmək yaxşı olar; əgər yalnız güclü olmayan dəlillər
mövcuddursa, onları birləşdirmək lazımdır. Kvintilian deyirdi:
«...zəiflər qarşılıqlı surətdə bir-birini möhkəmləndirir. Keyfiyyət
baxımından əhəmiyyətə malik olmayan dəlillər kəmiyyətinə görə
inandırıcıdır - onlar hamısı eyni bir halı təsdiq edir...»
Əgər dəlili dilemma şəklində təqdim etmək mümkündürsə
o, qüvvətlidir, çünki dinləyicilər tərəfindən çıxarılan nəticə onlar
üçün eşitdiklərindən daha təsirlidir. Məsələn, qarşı tərəfin aşkar
yalan danışması halında söyləmək mümkündür ki, ola bilər o,
səmimi olaraq yanılır, yaxud o, şüurlu surətdə yalan damşır.
Dostları ilə paylaş: