Yüksək dərəcəli keyfiyyətlərin sadalandığı uzun-uzadı tə
riflər xoşagəlməz narahatlıq hissi doğurur. Bəzi hallarda natiqi
dinləyicilərə təqdim edərkən aparıcı
onun məruzəsinin məzmunu
da deyir. Bu, səhvdir. Natiqi yalnız təqdim edərək, onun nitqinin
məzmununu iki-üç kəlmə ilə ifadə etmək lazımdır. Heç bir halda
onun məruzəsinin mahiyyətini izah etmək olmaz.
Salamlama nitqi üzrə ixtisaslaşmış bəzi natiqlərdə «rəqabət
kompleksi» (Veller üzrə) yaranır. Sanki onlar dinləyicilərə «bircə
siz mənim bu barədə anlayışım olmadığını düşünməyin»
fikrini
isbat etmək məqsədilə nitq söyləyirlər... Əsas məruzəçi bundan
sonra çətin vəziyyətdə qalır, çünki öz nitqinin ayn-ayn hissələrini
dəyişməli olur.
Salamlayıcı nitqdə aşağıdakı ardıcıllığa riayət etmək lazım gəlir:
1. İclası açmaq və iştirakçıları salamlamaq. Bu halda «mənə
yüksək şərəf qismət olub» tipli standart ifadələrdən istifadə etmək
dən çəkinmək daha yaxşı olar. Yığıncaqda iştirak edən məşhur
ictimai, siyasi xadimləri xüsusi şəkildə salamlamağın lazım
olub-
olmadıgını əvvəlcədən müəyyənləşdirmək, əgər buna ehtiyac
zəruridirsə, o zaman onlann ad, soyad və vəzifələrini dəqiq demək
lazımdır.
2. Məruzəçini və ya məruzəçiləri salamlamaq, yaxud təqdim
etmək. Natiq giriş nitqi ilə vasitəçi
vəzifəsini yerinə yetirərək
əsas məruzəçini təqdim edir. Ola bilər ki, o, salamlama nitqi ilə
çıxış edən məruzəçinin şəxsiyyəti haqqında nə isə söyləsin, həm
də bunu ixtiraçı kimi etsin. Əsas məsələ təqdimatın yığcamlığıdır.
Yumoristik ifadələr, parlaq fikirlər də yerinə düşər.
3. Sözü məruzəçiyə vermək.
Dostları ilə paylaş: