3. Dinləyicilərlə vidalaşın.
Təbrik
(təntənəli)
nitqi
təntənəli səbəblə əlaqədar emosio
nal ifadələrdir; onun məqsədi bayram əhval-ruhiyyəsi yaratmaq,
dinləyicilərin qəlbini isindirməkdir. Deməli, belə nitqin hazırlan
ması zamanı biz özümüzdən soruşmalıyıq: bu bayram zamanı
dinləyiciləri nə düşündürür? Bayram nitqi o zaman inandırıcı olur
ki, orada «poeziyanın nəfəsi» olsun. Təntənəli
nitqin ən çox rast
gəlinən növü yubiley (fəxri) nitqidir.
Yubiley nitqinin iki növü mövcuddur: hansısa əlamətdar tarixə
- müəssisə, yaxud təşkilatın ildönümünə həsr olunmuş nitq, yaxud
cəmiyyət qarşısında xidmətləri olan şəxsiyyətin şərəfinə söylənilən
nitq. Hər iki nitq bayram xarakteri daşıyır və təntənəlidir. Bunun
la yanaşı, onlar müəyyən dərəcədə yekunlaşdıncı xarakter daşıyır.
Əlbəttə, bəzən təşkilatın bayramına həsr olunmuş yubiley nitqi sırf
işgüzar xarakterli olur, bu halda o, siyasi nitqdən az fərqlənir.
Əməkdar xadimin şərəfmə yubiley nitqi yantəntənəli və dost
luq şəraitində söylənilir, bir
qayda olaraq, tərif xarakteri daşıyır.
Bu nitq yubilyara hörmət və ehtiram ifadə edir, onun ünvanına xe
yirxah hiss və arzularla zəngin olur.
Belə nitqin əsas üstünlüyü zarafat, yumor, yubilyann xasiy
yətinin
dəqiq təsviri, onun həyatının mühüm anlarının xatırlan-
maşındadır. Bütün bunlar çox zaman təbriklərin, kollektiv təbrik
məktublarının, hətta xüsusi olaraq bu məqsədlə yazılmış şeirlərin
oxunması ilə müşahidə olunur.
Ekspromt, improvizə edilmiş, səmimi nitqlər xüsusilə xoş təsir
bağışlayır. Və əksinə, əvvəlcədən yazılmış,
yaxud əzbərlənmiş
«nitq» təəssüf hissi doğurur.
İncəsənət xadiminin ünvanına söylənən yubiley sözləri zara
fatyana improvizə ilə, aktyorların kollektiv səhnələşdirilmiş çıxış
ları ilə, solo mahnı ifası ilə, bəzən balet nömrəsi ilə müşayiət oluna
bilər. Burada gözəl nitq üzvi şəkildə incəsənətin digər növləri ilə
birləşir və bədii tamaşanın bir hissəsinə çevrilir.
Əməkdar xadimin şərəfmə söylənilən yubiley nitqi üçün belə
bir plan təklif edilə bilər: salamlama;
nitqin söylənilməsi üçün
səbəb; yubilyann həyat yolunun əlamətdar mərhələləri; onun
153
şəxsiyyətinin ən maraqlı cəhətlərinin; müsbət keyfiyyətlərinin
vurğulanması; müvafiq
nümunələrin göstərilməsi; yubilyann hə
yatındakı hadisələr haqqında onun öz çıxışları ilə müşayiət olu
nan məlumatın verilməsi; yubilyann fəaliyyətinin əhəmiyyətinin
xülasəsi; minnətdarlıq ifadələri; gələcək haqqında xoş arzular.
Çox zaman bayram nitqlərinin söylənilməsi zamanı «sonsuz
növbə» yaranır. Beşinci və ondan sonrakı təbrik nitqini söyləyən
natiqin yalnız qısa, əyləncəli çıxışı uğurlu ola bilər.
M dzarüstü
(xatirə,)
nitq.
Dünyadan köçmüş insana həsr olun
muş bu nitqlər həmişə qiymətləndiriri xarakter daşıyır. Kədərlə
dolu, bəzən hətta faciəli intonasiyaya
malik belə nitqlər həmişə
təsirli olur. Dünyadan köçmüş insan haqqında, bir qayda olaraq,
el arasında deyildiyi kimi, yaxşı sözlər söylənilməsi qəbul edilib-
“Ölənin dalınca danışmazlar” . - «De mortius aut bene, aut nihil»
(Ölülər haqqında ya yaxşı danış, ya da heç danışma»).
İstənilən məzarüstü nitq kədərli olmaqla yanaşı, həm də dünya
dan köçmüş insanın qısaxasiyyətnaməsini verir, onun xoş əməlləri
haqqında danışır, çox zaman yerdə qalanlara onun yanm çıq qalmış
işlərini davam etdirməyi məsləhət görür.
Bir qayda olaraq, belə nitqlər o zaman söylənilir ki, dünya
dan köçmüş insan ictimai həyatda, elmdə, texnikada,
incəsənətdə
öz əməksevərliyi, istedadı və namusluluğu ilə böyük bir iz qoyub
getmiş olsun.
Dostun məzarüstü sözü ləyaqətli və sadə olmalıdır. Bu nitqdə
«o,
kim olub; bu gün o bizim üçün kimdir?» suallarına cavab ve
rilir. Ən yaxşısı, hədsiz tərifə yol vermədən dünyadan köçmüş in
sanın məziyyətləri haqqında sadə sözlər söylənilməsidir. Sonda
«Quran»dan sitat, yaxud şer parçası söylənilə bilər.
Dostları ilə paylaş: