.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------136------------------------------------
Misal üçün aşağıdakı cümləni nəzərdən keçirək:
“Balıqçı qayığa əyləşib, digər sahilə keçdi və oradakı balıq
səbətini götürdü”.
Bu cümlədə 5 obyekt vardır: balıqçı (
1
a
), qayıq (
2
a
),
digər sahil (
3
a
), səbət (
4
a
) və balıq (
5
a
). Münasibətlər isə
bunlardır: əyləşib (
1
r
), keçdi (
2
r
), götürdü (
3
r
) və oradakı
(
4
r
).
Beləliklə, baxılan cümlə üçün semantik şəbəkə 1saylı
şəkildə verilən kimi olacaqdır:
Şəkil 1. Frazaların (ibarələrin) semantik şəbəkəsi
1 saylı şəkildə münasibətlər bütöv xətlərlə, mətndəki
“oradakı” sözü isə münasibət kimi göstərilmişdir. Yəni,
səbətin digər sahildə olduğu vurğulanır. Bu,
nə ilə
bağlıdır?
İş burasındadır ki, gerçək dünyanın məntiqindən və
bu dünyadakı situasiyaların qəbul edilmiş təsviri
üsullarından çıxış etməklə, buradakı verilənlərin və
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------137------------------------------------
münasibətlərin bəzilərini mətndəki kimi oxumamaq da
olar. Məsələn, şəkil 1-dəki bütöv xətlərlə
göstərilmiş
münasibətləri qırıq xətlərlə göstərilən münasibətlərlə
tamamlamaqla, yuxarıda baxdığımız mətni bu şəklə
salmaq olar: “Balıqçı qayığa əyləşdi və qayıqla digər sahilə
keçdi. Digər sahhildə balıq vardı. Balıq səbətdə idi. Balıqçı
balıq səbətini götürdü”.
Bir vacib cəhəti xüsusi olaraq qeyd etmək lazımdır:
hind-Avropa dillərində aparılmış
tədqiqatlar göstərmişdir
ki, bu dillərdə 200-dən artıq olmayan müxtəlif, bir-birinə
uyğun gəlməyən münasibətlər var ki, bunlar da baza
münasibətləri olaraq müxtəlif kombinasiyalarda digər
münasibətlərin yaradılmasında iştirak edirlər. Məhz bu,
situasion idarəetmənin təməlini təşkil edir. Bundan əlavə,
baza münasibətlərinin sonlu çoxluq təşkil
etməsi ümid
etməyə imkan verir ki, biliklər bazasında istənilən predmet
oblastını təqdim etmək olar və hətta mətnin bilavasitə
özünə əsasən semantik şəbəkəni avtomatik qaydada
qurmaq olar.
Semantik şəbəkələrin xüsusi halı ssenarilər və ya
bircins semantik şəbəkələrdir.
Bu şəbəkələrdə müxtəlif
semantikalı obyektlər ciddi və ya qeyri-ciddi dərəcəli
yeganə münasibətlə əlaqələndirilir.
Məsələn, əgər obyektlər arasında yalnız ciddi
dərəcəli izləmə münasibəti varsa, onda “fransız təqdimatı”
adlanan məşhur şəbəkə qrafikindəki işlər kompleksi alınır.
Aydındır ki, ssenari plan tərtibi üçün ən münasib vasitədir.
Ümumi növ semantik şəbəkə timsalında
verilənlər
bazası ilə biliklər bazası (BB) arasındakı fərqi təyin etmək
mümkündür.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------138------------------------------------
Predmet oblastı öz komponentlərinin mümkün
vəziyyətlərinin çoxluğudur. Ümumi anlayışlar (obyektlər)
və onların arasındakı münasibətlər vasitəsilə təqdim
edilən bu çoxluq intensional
semantik şəbəkə şəklində
olan biliklər bazası yaradır.
Digər tərəfdən, situasiyadan asılı olaraq predmet
oblastının komponentləri konkret qiymətlər, xassələr,
xarakteristikalar nümayiş etdirə biləndir. Bütün bu konkret
verilənlər predmet oblastının ekstensional semantik
şəbəkəsində və ya şəbəkə strukturlu verilənlər bazasında
əks etdirilir.
Şəkil 2. Biliklərin təqdim edilməsi sistemi
Dostları ilə paylaş: