Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6


SİMVOL DƏYİŞDİRMƏLƏRİNƏ (EMALINA)



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə37/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
SİMVOL DƏYİŞDİRMƏLƏRİNƏ (EMALINA) 
YÖNƏLDİLMİŞ EHM-LƏR 
 
Yeni nəsil EHM-lərin meydana çıxması mətnlərin 
emalı, axtarışı və çeşidlənməsi məsələlərinin həllinin 
məğzini təşkil edən simvol dəyişdirmələrinə olan tələbatın 
artması ilə bağlıdır. Simvol dəyişdirmələri həm də biliklərin 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------189------------------------------------ 
manipulyasiyası ilə bağlı məsələlərin məğzini təşkil edir. 
Müasir EHM-lərin arxitekturası hesablamaların avto-
matlaşdırılmasına 
yönəldildikdən sonra simvol 
dəyişdirmələri ilə müqayisədə hesabi işlənmələrin xüsusi 
çəkisi sürətlə azaldı. Bu, EHM-dən istifadənin 
səmərəliliyinin azalmasına 
və 
məsələlərin həllə 
hazırlanması və proqramlaşdırılmasının mürəkkəbləş-
məsinə 
səbəb oldu. Digər tərəfdən də, 
proqramlaşdırmanın öyrənilməsi zərurəti EHM-in kütləvi 
tətbiqini ləngidirdi. Bu şərait kütləvi istifadəçilər üçün 
nəzərdə tutulan və daha çox simvol emalına yönəldilmiş 
yeni nəsil EHM-lərin yaradılmasını zəruri etdi. 
İnformasiya-hesablayıcı 
məntiqi sistem 
(İHMS) yeni nəsil EHM-lər sinfinə aiddir. Bu sistem 5 əsas 
blokdan ibarətdir: 

İşçi yaddaş sahəsi olan həlledicilər; 

BBİS (BB və VB ilə birlikdə - BBİS-biliklər bazasının 
idarəetmə sistemi, BB –biliklər bazası, VB-verilənlər 
bazası); 

Ünsiyyət prosessoru (linqvistik prosessor); 

İzahetmə alt sistemi; 

Etibaretmə alt sistemi. 
Biliklər bazasında mürəkkəb strukturlaşdırılmış 
informasiya semantik şəbəkə şəklində saxlanılır ki, bu 
şəbəkənin də təpələri (informasiya vahidləri) öz aralarında 
adlandırılmış münasibətlər sistemi ilə əlaqələndirilmişdir. 
Biliklərlə aparılan bütün əməliyyatlar informasiya 
vahidlərində (freymlərdə, siyahılarda, ssenarilərdə və s.) 
saxlanan informasiyanın emalı üzrə semantik şəbəkələrdə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------190------------------------------------ 
icra edilir. Məsələn,
К
i
qiymətli Ф
i
freymində 
S
i
adlı 
slotlarda (yuvalarda) saxlanan informasiya həm sabit 
(konstant), həm də xüsusi yaradılmış faktların bitkin 
toplusu ola biləndir. Bəzi slotların qiyməti bitkin bir 
Р
1
, P
2

..., 
Р
п
kimi sabit faktlar cədvəli ilə bağlı ola bilir. Odur ki, 
verilənlər bazası daha mürəkkəb strukturun, yəni biliklər 
bazasının tərkibinə daxil olur. Biliklər üzərində aparılan 
bütün əməliyyatlar, yəni semantik şəbkələrdə axtarış 
(naviqasiya), şəbəkələrin yenidən qurulması, informasiya 
vahidlərində saxlanan informasiyanın emalı, biliklərin 
emalı, bütün bunlar məntiqi nəticəçıxarma prosedurları ilə 
sıx 
bağlıdır. 
Bu 
sistemdə 
biliklər 
bazasının 
zənginləşdirilməsi və bilik axtarışı zamanı zəruri olan 
deduktiv nəticəçıxarma prosedurları bazada saxlanan ayrı-
ayrı müşahidələr və faktlar əsasında yeni informaiya 
alınması üçün istifadə edilən gerçəyəbənzər nəticəçıxarma 
prosedurları ilə birlikdə tətbiq edilir.
Linqvistik prosessorlarda şəbəkə tipli qrammatikadan 
(Vuds, Konvey sxemlərindən, genişləndirilmiş keçidlər 
şəbəkələrindən) geniş istifadə edilir. Bu qrammatikadakı 
prosedurlar açıq-aşkar produksion xarakter nümayiş 
etdirir ki, bu da hökmən məntiqi nəticəçıxarma 
problemlərinə 
gətirir. Produksion tipli ekspert 
sistemlərinin 
informasiya-hesablayıcı məntiqi sistem kimi 
gerçəkləşdirilməsi zərurəti məntiqi nəticəçıxarma 
mexanizmlərinin yaradılması vəzifəsini irəli sürür. 
İnformasiya-hesablayıcı məntiqi sistemdə cürbəcür 
məntiqi nəticəçıxarma mexanizmləri gerçəkləşdirilmişdir 
ki, bunlar da aşağıdakı məsələləri həll etməyə imkan 
verir: 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------191------------------------------------ 
-problem oblastının müəyyən anlayışlar və bu 
anlayışlar arasındakı münasibətlər sistemi (bu sistem həm 
də təsvirlərin avtomatik zənginləşdirilməsini təmin edir) ilə 
təsviri; 
-təsvirlərin dəyişdirilməsinin müxtəlif proseslərinin və 
funksional məntiqlər əsasında funksional asılılıqların 
təhlili; 
-problem oblastındakı qanunauyğunluqlar barədə 
gerçəyəbənzər nəticəçıxarmalara gətirən məntiqi 
quraşdırıcı tipli prosedurlar əsasında problem oblastında 
yeni obyektlərin quraşdırılması və onların münasibətlər 
sisteminə daxil edilməsi. 
İnformasiya-hesablayıcı məntiqi sistem işlənib 
hazırlanarkən məntiqə “dil-hesablama” cütlüyü, bu 
cütlükdəki dilə isə “sintaksis-semantika” cütlüyü kimi 
baxılır.
Bu yanaşma problem oblastını və həmin oblastda 
məsələ həlli ilə bağlı bütün prosedurları təsvir etməyə 
imkan verir. Bu yanaşma göstərir ki, EHM arxitekturasının 
qurulmasının ənənəvi üsuluna alternativ mövcuddur. 
İnformasiya-hesablayıcı məntiqi sistemin əsas xüsusiyyəti 
odur ki, burada qarşılıqlı fəaliyyət göstərən məntiqi 
sistemlər bir-birinə qətiyyən bənzəmir. 
Sonda göstərək ki, 
informasiya-hesablayıcı məntiqi 
sistem aşağıdakı ampulalarda istifadə edilə bilər: 
-çox güclü biliklər bazası və ya geniş inkişaf etmiş 
vasitələrə malik, o sıradan, inkişaf etmiş birbaşa və dolayı 
sorğular dili olan, sonrakı versiyalarında isə şifahi (səs dili 
ilə) giriş-çıxışlı və qrafik interfeysli intellektual interfeys; 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------192------------------------------------ 
-ekspert sistemi və ya biliklərə əsaslanan ixtiyari 
başqa intellektual sistem; 
-hibrid sistem. Bu o halda mümkündür ki, 
informasiya-hesablayıcı məntiqi sistem tətbiqi proqram 
paketləri ilə işləyən EHM-lə birləşdirilsin. 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin