Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə40/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
BİLİKLƏR BAZASININ 
LAYİHƏLƏŞDİRİLMƏSİ
 
 
İstənilən intellektual sistemin özəyini biliklər bazası 
və sistemə qoyulmuş həllin çıxış mexanizmi təşkil edir. 
Ümumiyyətlə, bu komponentlər sistemin iki əsas 
intellektual xarakteristikasını təyin edir: istənilən bir şey 
haqqında biliklərin saxlanması bacarığı və bu biliklər üzrə 
əməliyyatların aparılması.
Biliklərə əsaslanan qismən inkişaf etmiş sistemlərə 
öyrənəbilən, yeni bilikləri qavrayan, biliklər bazasını 
genişləndirən, tədqiqat sahəsində dəyişən şərtlər və 
hadisələrdə biliklərin korrektə edilməsini təmin edən 
sistemlər aiddir. İntellektual sistemlərin layihələşdirilməsi 
zamanı daha çox vaxt və əmək sərfi biliklər bazasının 
yaradılmasına gedir. Belə ki, biliklərin yığılması, biliklərin 
təqdim olunma modelinin təşkili, onun quruluşunun 
verilməsi, biliklər bazasının tam dolğunluğu ilə 
tamamlanması və onun daha sonra da aktual vəziyyətdə 
saxlanılmasını təmin etmək çox mürəkkəb məsələdir. 
Biliklər 
bazasının 
layihələşdirilməsi 
və 
reallaşdırılmasına keçməzdən əvvəl sistemi işləyib 
hazırlayanlar biliklər bazasının və intellektual sistemlərin 
ümumilikdə hazırlanması prosesi ilə bilavasitə bağlı olan 
bir neçə məsələni həll etməlidirlər.
İntellektual sistemlərin hazırlanmasının ilkin 
mərhələsində həll ediləcək tapşırıqların əhatə dairəsinə 
aşağıdakılar daxildir:



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------202------------------------------------ 

Problem oblastının (obyektin, tapşırığın, məqsədin) 
tədqiqi, yəni “Biliklər bazası nəyi ifadə edir” və 
“nəyə görə ifadə edir”;

Tədqiq olunan problem oblastı kontekstində “bilik” 
anlayışının təyini;

Biliklərin mənbəyini aydınlaşdırmaq, onlarla fəal və 
ciddi cəhdlə işləmək;

Tapşırıqların həlli üçün biliklərin tipinin müəyyən 
edilməsi;

Biliklərin quruluşunun müəyyən edilməsi üsulu, 
yəni “bilikləri necə təqdim etməli”;

Biliklərin təqdimatı üsulunun seçilməsi;

Biliklər bazası quruluşunun müəyyən edilməsi;

Biliklər bazasının quruluş bölmələri arasındakı 
qarşılıqlı xarakterin müəyyən edilməsi;

Biliklər bazasının doldurulması prosesinə hazırlıq.
Aydındır ki, intellektual sistemlərin yaradılmasının 
ilkin mərhələsində bu məsələlərin sayı, tərkibi və ardıcıllığı 
dəyişə bilər. Bu, bir çox amildən asılıdır. Belə ki: obyektin 
və problem oblastının xarakteri və çətinliyindən; sistemi 
işləyib hazırlayanın layihələşdirilmiş sistemə və özünə 
qarşı qoyduğu məqsəddən; biliklərin müəyyənlik və 
quruluş pillələrindən; biliklərin uğurlu toplanması üçün 
şərtlərdən, həmçinin ekspertlərlə qarşılıqlı əlaqədən və s.
Əsas məsələ biliklər bazasının hazırlanmasından, 
onun quruluşunun seçilməsindən, biliklərin təqdim olunma 
üsulundan, intellektual sistemlərin layihələşdirilməsində 
ekspertlərlə görülən işin çətinliyindən və vacibliyindən 
ibarətdir.
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------203------------------------------------ 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin