Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
BİLİKLƏRİN TƏQDİMATI VƏ 
MODELLƏŞDİRİLMƏSİ 
 
 
 
Süni intellekt nəzəriyyəsində biliklərin təqdimatı 
mühüm əhəmiyyət daşıyır. 
Biliklər nəyi ifadə edir və onların verilənlərdən fərqi 
nədir?
Biliklər, mühit (konkret predmet oblastı, obyekt və 
ya obyektlər qrupu) haqqında, obyektlərin xüsusiyyətləri 
barədə informasiyaları, hadisə və proseslərin qanuna-
uyğunluqlarını, qərar qəbulu üçün informasiyadan istifadə 
qaydalarını özündə birləşdirən məlumatlar çoxluğunu 
ifadə edir. 
İlk hesablayıcı maşınlar verilənlərin emalına 
yönləndirilmişdi. Bu, texniki və proqram təminatlarının 
inkişaf səviyyəsi və həm də həll edilən məsələlərin 
xüsusiyyətləri ilə əlaqədar idi. Sonrakı inkişaf 
mərhələlərində həll edilən məsələlərin mürəkkəbləşməsi, 
onların intellektuallaşdırılması, hesablayıcı texnikanın 
inkişafı bilikləri emal edən maşının yaradılması zəruriliyini 
doğurdu. Biliklərin verilənlərdən ən böyük fərqi, şübhəsiz 
ki, biliklərin interpretasiyalı (izahlı) olmasıdır.
Verilənlərin izahı (interpretasiyası) üçün proqramın 
olması vacibdir və verilənlərin özləri dolğun informasiya 
daşımırlar, lakin biliklər həmişə dolğun informasiya 
daşıyırlar. Biliklərin digər fərqləndirici xüsusiyyəti 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------208------------------------------------ 
münasibətlərin mövcudluğu, məsələn, “tip-yarımtip”, 
“element-çoxluq” və s. formada olmasıdır.
Biliklər, ayrı-ayrı hadisə və faktların birgə vəziyyətə 
uyğun əlaqələrinin mövcudluğu ilə xarakterizə olunur. 
Süni intellekt sistemlərində təqdim edilən biliklərin 
aşağıdakı tipləri fərqləndirilir:

Obyektin quruluşunu, formasını, xüsusiyyətlərini
funksiyalarını, imkanlarını, vəziyyətini təsvir edən 
biliklər;

Obyektlər arasındakı əlaqələri və bu obyektlərin 
iştirakı mümkün olan əlaqələri və hadisələri təsvir 
edən biliklər;

Fiziki qanunları təsvir edən biliklər;

İş və fəaliyyətin mümkün effektlərini, hadisə və 
vəziyyətlərin yaranmasının səbəb və şərtlərini 
təsvir edən biliklər;

Məqsəd, plan, razılaşma, mümkün niyyət və s. 
təsvir edən biliklər.
Feygenbaum isə aşağıdakı biliklər tipini ayırır: 

Ətraf mühitin obyekt və kateqoriyaları haqqında 
olan biliklər;

Müvəqqəti ardıcıllıq və səbəb-nəticə əlaqələrini 
müəyyən edən hadisələr haqqında olan biliklər;

Fəaliyyəti, yəni hər hansı bir işi yerinə yetirmək 
qabiliyyəti haqqında olan biliklər;

Metabiliklər.
Bütün sistemlər üçün ümumiliyi olan biliklərin 
təqdim edilməsi dili (BTD) vardır. Növbəti aspektlər bütün 
biliklərin təqdim edilməsi dilinə xasdır: bütün biliklərin 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------209------------------------------------ 
təqdim edilməsi dili iki mühitlə, təqdim edilən və təqdim 
edənlə bağlıdır.
Əgər aşağıdakı məsələlər həll edilərsə, birlikdə 
biliklərin təqdim edilməsi dili təqdimatın əsasını təşkil 
edər:
-təqdim edilən mühit nədir? 
-təqdim edən mühit nədir? 
-təqdim 
edilən 
mühitin 
hansı 
aspektləri 
modelləşdirilib? 
-bu mühitlər arasında hansı uyğunluq var? 
Biliklərin təqdim edilməsi dili üçün ümumi olan bir 
sıra problemlər vardır.
Bu problemlərə aşağıdakıları aid etmək olar: 

Yeni biliklərin əldə olunması və onların əvvəlki 
biliklərlə qarşılıqlı münasibəti;

Assosiativ əlaqələrin təşkili;

Təqdim olunan elementlərin həcminə görə 
diapazonun seçilməsi “Obyekt və hadisələr nə 
dərəcədə ətraflı təsvir edilə və daxili mühitin hansı 
hissəsi konkret süni intellekt sistemində təqdim 
oluna bilər?”- sualı ilə əlaqədardır;

Semantik primitivlərin birmənalı olmaması və 
seçimi;

Modulluq və başa düşülənlik;

Biliklərin aşkarlığı və əlverişliyi;

Təqdim olunanların deklarativ və prosedur 
əlaqələrinin seçilməsi, sistemin səmərəliliyinə, 
tamlığına, şifrələmənin asanlığına və başa düşülmə 
səviyyəsinə nə təsir edir.



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------210------------------------------------ 
Biliklərin təqdim olunma modeli ümumi formada 
şərti olaraq konseptual və empirik hissələrə bölünür. 
Konseptual model problemin həlli üçün evristik 
metod təqdim edir. Konseptual təsvir metodu uyğun 
praktiki vəziyyətlərdə modelin tətbiqinə təminat vermirsə, 
həmin metod evristik sayılır. Konseptual model problemi 
müəyyən edir, onun qabaqcadan təhlili üçün sərf olunan 
vaxta qənaət edilmiəsinə imkan verir.
Konseptual modelin praktiki istifadəsi onun empirik 
modelə dəyişdirilməsinin zəruriliyini yaradır. Biliklər, bir 
qayda olaraq, təsviredici xarakter daşıyan empirik 
modellər şəklində yığıla bilir. Bu modellər sadə qaydalar 
toplusundan tutmuş, qərar qəbul edən şəxsin məsələnin 
həll etməsinin tam təsvirinə qədər şəklini dəyişə bilir. 
Biliklərin təqdim olunmasını şərti olaraq deklarativ və 
prosedur modellərə bölmək mümkündür. 
Biliklərin təqdim olunmasının deklarativ modeli hər 
hansı predmet oblastının probleminin təsviri bu biliklərin 
necə istifadə olunmasından asılı olmayaraq təxminlərə 
əsaslanaraq həll olunur. Buna görə də model iki hissədən 
ibarətdir:

Biliklərin quruluşunun statik təsvirləri; 

Bu quruluşlarla əməliyyat aparan və praktiki olaraq 
onların məzmunca dolmasından asılı olmayaraq 
çıxış mexanizmi.

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin