PREDMET OBLASTI VƏ
BİLİKLƏRİN ƏLDƏ OLUNMASI
METODLARININ TƏHLİLİ
Predmet oblastı dedikdə, seçilmiş meyarlarla təyin
edilmiş insan fəaliyyətinin təsvir sferası başa düşülür.
Təsvir olunan anlamlara onun fəaliyyətinin müxtəlif
aspektlərini əks etdirən elementlər, hadisələr, münasibət
və proseslər daxildir. Predmet oblastının təsvirində onun
element və hadisələrinə ətraf mühitin mümkün təsiri,
həmçinin də bu element və hadisələrin ətraf mühitə əks
təsiri də olmalıdır. Predmet oblastının təhlili və tədqiqi
üzrə işi: intellektual sistemlərin layihələşdirilməsi onun
işinin səmərəliliyinə həlledici təsir göstərir.
Predmet oblastının xüsusiyyəti layihələşdirilən
intellektual sistemlərin fəaliyyət xarakterinə, biliklərin
təqdim olunma metodunun seçilməsinə, biliklər haqqında
müzakirə üsullarına və s. mühüm dərəcədə təsir göstərə
bilər. Eyni zamanda belə bir misal gətirmək olar ki,
müəyyən predmet oblastında istifadə olunmağa
yönəldilmiş süni intellekt sistemi tamamilə başqa sahənin
problematikasına uyğun gəlmişdir.
Problem oblastı haqqında danışarkən predmet
oblastı, həll olunacaq tapşırıqlar, məqsədlər, mümkün
strategiya və evristikalar nəzərdə tutulur. Predmet
oblastını onun fəaliyyətinin bütün bilik və anlam
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------218------------------------------------
kompleksləri ilə obyekt və ya istehsalat sistemi kimi
müəyyən etmək olar. Predmet oblastının araşdırılması
zamanı istehsalat sistemində həll olunan və onun
qarşısında məqsəd kimi duran tapşırıqlar haqqında biliklər
lazımdır. Həmçinin istehsalat sisteminin istismarı
prosesində istifadə olunan idarəetmənin mümkün
strategiyası və evristik bilikləri müəyyən edilir.
İqtisadi və istehalat sistemlərinin tədqiqi zamanı
intellektual sistemlərin biliklər bazasında biliklərin
formalaşması və onlarla iş görmək məqsədilə istehsalat
obyektləri və onlar tərəfindən həll edilən məsələlərin
xüsusiyyətlərini də nəzərə almaq lazımdır. İqtisadi və
istehsalat sistemləri üçün obyektin vəziyyətini xarakterizə
edən, ölçülə bilən və digər verilənlərin fəaliyyətinin
dinamikliyi, hadisələrin tez-tez dəyişməsi, böyük
informasiya massivlərinin yenilənməsi xasdır. Onlar tez-
tez təsadüfi amillər səbəbindən tam olmayan müəyyən
şərtlərdə fəaliyyət göstərirlər. Bununla yanaşı, isteh-
salların bir çoxu zərərli və ya insanlar üçün təhlükəli olan
mühitə düşür ki, bu da onların idarəetmə sisteminin
etibarlılığına olan tələbatın yüksəlməsini irəli sürür.
Beləliklə, biliklər bazasının layihələşdirilməsində
böyük həcmli bilik və verilənlərin tez-tez dəyişdiyi və
yenilənə bildiyi halda onun real zamanda işləməsi üçün
müəyyən formada onu təşkil etmək lazımdır. İstifadəçilərə
təqdim olunan ekspertiza və məsləhətlərin dəqiq və
vaxtında təmin etmək, həmçinin intellektual sistemlərin
işinin etibarlılığını təmin etmək lazımdır. Bundan əlavə,
iqtisadi və istehsalat sistemlərində həll olunan tapşırığın
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------219------------------------------------
xarakteri müəyyən dərəcədə intellektual sistemlərin təşkili
və layihələşdirilməsi prosesinə təsir edir.
Biliklərin xarakteri, onların quruluş mümkünlüyü,
həcmi, onlarla iş rejimləri intellektual sistemlərin istifadəsi
sahəsinə və yuxarıda adıçəkilən intellektual sistemlər
tərəfindən həll edilən tapşırıqların yerinə-yetirilməsinə
əhəmiyyətli dərəcədə təsir edir.
İqtisadi və istehsalat proseslərinin idarəetmə
sistemlərində biliklər toplusu kimi konkret prosesin təsviri,
maliyyə və analitik informasiya komponentlərinin xarakte-
ristikaları, faktoqrafik bilik və ya verilənlər çıxış edə bilər.
Bu biliklərlə yanaşı idarəetmə məsələlərinin həlli üçün
verilənlərə əsaslanan evristika və ya qaydalar var. Adətən
bu qayda və ya evristikalar keçmiş təcrübəyə əsaslanır.
İstehsalın planlaşdırılması və layihələşdirilməsi
zamanı tapşırıqlarda biliklərin keyfiyyəti rolunda
verilənlərin məcmusu və hərəkət qaydaları çıxış edə bilər.
Biliklərin əldə olunması iki funksiyanın köməyi ilə
realizə olunur: informasiyanın kənardan alınması və onun
sistemləşdirilməsi. Bununla yanaşı, məntiqi çıxarışlara
sistemin öyrənmə qabiliyyətindən asılı olaraq biliklərin
əldə olunması, həmçinin alınan informasiyanın müxtəlif
formaları daxildir.
Biliklərin təqdimolunma forması onların istifadəsi
üçün sistemin daxilində müəyyən olunur. Buna görə də
onun qəbul edə bildiyi informasiyanın forması biliklər
səviyyəsinə qədər informasiyanın formalaşması üçün
onun qabiliyyət və bacarığından asılıdır. Nə qədər
kompüterin məntiqi çıxarışlara qabiliyyəti yüksəkdir, bir o
qədər insana az yük düşür.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------220------------------------------------
Beləliklə, öyrənmə funksiyalarından o tələb olunur
ki, kənardan alınan informasiya biliklər və onlardan ibarət
olan biliklər bazasına dəyişdirilsin.
Biliklərin mənbəyinin aşkarlanması və onlarla iş
biliklər mühəndisinin əsas vəzifəsidir. Biliklər bazasının
yaradılmasında biliklər mühəndisi çox mühüm funksiyaları
yerinə yetirir. O, predmet oblastından yaxşı baş çıxara
bilən olmalı və biliklərin əldə olunması prosesində
ekspertlə ünsiyyət qurmaq üçün müəyyən mənada
psixoloq olmalıdır. Bununla yanaşı, o həmçinin
kompüterlərin proqram təminatı imkanlarını yaxşı bilməli-
dir.
Predmet oblastı haqqında əsas bilik mənbəyi insan-
ekspertdir. Biliklər mühəndisi onunla dialoq və ya
müsahibə (intervyu) rejimində işləyir və obyektlə işləmək
üçün lazımi həcmdə bilik və məlumat formalaşdırır.
Sonradan uyğun şəkildə emal edilən sorğuların istifadə
edilməsi mümkündür. Bir neçə taqşırıq üçün kitablar,
texniki təsvirlər, təlimatlar və sənədlər əlavə informasiya
mənbəyi rolunu oynayır. Obyektin predmet oblastına dair
biliklər haqqında intellektual sistemlərin tətbiqinin bir neçə
sahəsini informasiyanın emalının statik və informasiyanın
imitasiya olunmuş nəticələr haqqında istifadəsi yolu ilə
formalaşdırmaq olar. Son zamanlar daha çox biliklər
bazasının avtomatlaşdırılmış doldurulması üsulundan
istifadə olunmaqdadır.
Biliklərin digər vacib mənbəyi İnternetdir. Lazımi
informasiya və biliklərin İnternetdə ənənəvi axtarışından
əlavə hal-hazırda biliklərin axtarılması prosesinə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------221------------------------------------
intellektual agentlər cəlb olunur.
İntellektual agentlər
(proqram robotları) biliklərin tapılması üçün sənədlərin
daxilində işləyə və ya Veb-də axtara bilir, sonra isə
biliklərlə lazımi formatda geri qayıda bilirlər.
İntellektual sistemlər proses və obyektlər haqqında
öz biliklərini sistemə ötürən mütəxəssislərlə birgə
hazırlanır. Ekspert və ya mütəxəssislə iş prosesi biliklərin
çıxarılması və ya biliklərin daha düzgün və korrekt əldə
olunmasından ibarətdir. Bu texniki, psixoloji, istehsal və
sosial xarakterli amilləri özündə saxlayan çətin və çox
zəhmət tələb edən bir prosesdir. Sözügedən prosesdə
biliklər mühəndisi əsas rol oynayır. Biliklər mühəndisi
tapşırıqları müəyyənləşdirmək, mühüm anlayışları aydın-
laşdırmaq və bu anlayışlar arasında qaydaların
müəyyənləşdirilməsi və formalaşdırılması üçün uzun
zaman kəsiyində ekspertlə birgə işləyir. Biliklər mühəndisi
predmet oblastını yaxşı bilməli, biliklərin formalaşması və
təqdim olunması metodlarına malik olmalı və müxtəlif
vəziyyətlərə tez oreintasiya olunan psixoloq olmalıdır.
Ekspert intellektual sistemə predmet oblastının
öyrənilməsinə kömək edə biləcək vəziyyətdə və arzuda
olmalıdır. O dərk etməlidir ki, intellektual sistemlər iş
yerində gələcəkdə onu “əvəz” etmək üçün deyil, əksinə,
ona kömək etmək üçün nəzərdə tutulub.
Biliklər mühəndisi adətən determinləşdirilmiş daxili
quruluşu olmayan, nisbətən pis müəyyən olunmuş
tapşırıqlarla işləməli olur. Ekspertlər öz təcrübi
fəaliyyətində
bu
tapşırıqları
məsələnin
bütün
parametrlərinin təhlilini qeyri-mümkün edən məsələnin
həll operativliyi şərtləri və ya problemin mənasının başa
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------222------------------------------------
düşülməsində olan çatışmazlıqları empirik qaydalar olan
evristikalardan istifadə etməklə həll edirlər. Buna görə də
tapşırıqların həllində intellektual sistemlər evristik
prosedurların yerləşdirilməsinə çalışırlar.
Biliklər mühəndisinin işində çətin məqam ekspertə
predmet
konsepsiyalarını
müəyyənləşdirən
və
formalaşdıran tədqiqat biliklərinin strukturlaşdırılmasına
cəhd zamanı kömək edilməsidir.
Konkret şəxsə aid olan biliklərin əldə olunması ilə
əlaqəli
iş,
yəni
biliklərin
çıxarılması
biliklərin
mühəndisliyində elə də aşağı səviyyəli rol oynamır.
İntellektual və ekspert sistemlər üçün biliklərin
çıxarılmasının xüsusiyyətləri nədədir? Bu sualın cavabı
digər bir sualın – “Haradan, nə və necə çıxarmalı?”
sualının cavabındadır.
Bilikləri haradan çıxarmalı? İntellektual və ekspert
sistemlər üçün biliklər mənbəyi rolunda dərsliklər, sorğu
kitabçaları, konkret predmet oblastına aid araşdırılmış
materiallar, iqtisadi informasiya və s. çıxış edə bilir.
Buna baxmayaraq biliklərin klassik mənbəyi həmin
sahənin ekspertidir ki, onun da biliklərini sistem
hazırlayıcısı rolunda çıxış edən biliklər mühəndisi
mənimsəyir.
Bəs ekspert kimdir? Bu, ya adi icraçıdan fərqlənən
yüksək ixtisaslı mütəxəssisdir, ya da xam və ya təzə
işçidən fərqli olan təcrübəli insandır. Aydındır ki, predmet
oblastında ekspertin bacarığı nə qədər yüksəkdirsə,
tapşırığın həlli üçün onun istifadə etdiyi biliklərin təsvirinə
ehtiyacı da bir o qədər aşağıdır. Votermen bunu bilik
mühəndisliyinin paradoksu adlandırmışdır. Əgər biz
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------223------------------------------------
ekspertdən soruşsaq ki, hər hansı bir tapşırığı yerinə
yetirərkən konkret nə iş görür, o buna cavab olaraq
özünün ağlı kəsdiyi formada, lakin mühakimələrin real
prosesindən tamam ayrı olan bir prosesi izah edəcək ki,
burada da ehtiyatlı olmaq lazımdır.
Belə bir fikir də var ki, ekspertin bilikləri məsələlərin
daxili modelləri ilə sistemli hala düşür və eyni zamanda
ekspertin konkret vəziyyətdə ilk dəfə qarşılaşdığı prob-
lemin həlli onun yaddaşından seçilir və seçim ümumi
qanunauyğunluqlar şəklində süurlu olaraq müəyyən
olunur.
Hansı bilikləri seçmək (nəyi çıxarmaq?). Əgər
sistemin funksiyaları müəyyənləşibsə, onda təbii olarq ən
vacib olanı bu funsiyaların reallaşması üçün lazım olan
çıxarış qaydalarını əldə etməkdir.
Hər şeydən əvvəl, bu,
baza quruluşudur. Problem
oblastının baza quruluşunu formalaşdıran obyekt, anlayış
və atributları saymaq və sahənin xüsusiyyətlərini bilmək
vacibdir. Obyekt, bilik və anlayışlar arasında əlaqə
qaydalar çıxarışı vasitəsilə təşkil edilir.
Daha sonra
şüurluluq meyarları (kriteriləri) ortaya
çıxır,
yəni nəyə görə ekspert problemi məhz bu üsulla həll
edir? Ola bilər, bu üsul yüksək evristik qiymətə malikdir
və ya uğursuzluq hallarına hazırlıqlıdır? Bu üsula hansı
formada kömək etmək olar?
Ekspert tərəfindən istifadə olunan vasitələrə,
məsələn, həllin qəbulunda istifadə edilən modellər aiddir.
Bilikləri necə seçmək lazımdır? Aşağıdakı cədvəldə
sahənin eksperti və sahənin təsviri üzrə
biliklərin çıxarış
metodları verilmişdir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------224------------------------------------
Biliklərin seçmə texnikasını 6 əsas sinfə bölmək olar:
•
Köməkçi suallarla sorğu,
•
Quruluş verilmiş sorğu,
•
Özünü müşahidə,
•
Öz işi haqqında hesabat,
•
Dialoq,
•
Tənqidi icmal.
Öz növbəsində, hər bir sinif bir-neçə texniki
metodlardan ibarətdir. Əhatəli informasiyanı biz nəzərdən
keçirməyəcəyik, bircə bu biliklərin təhlilindən asılı olan
biliklərin seçilməsi məqsədinin müxtəlif üsullarla əldə
olunmasını nəzərdən keçirəcəyik.
Hesablayıcı texnika ilə işləmək bacarığı olan ekspert
bilavasitə redaktə olunan proqram vasitəsi ilə intellektual
sistemlə qarşılıqlı əlaqə yarada bilir. Bu proqram biliklər
bazası haqqında inkişaf etmiş dialoq interfeysi və biliklərə
malik olmalıdır. Lakin, ekspertin proqramla əlaqəsinin
effektivliyi problemi ortaya çıxır.
Biliklərin əldə olunmasının daha bir üsulu biliklərin
avtomatlaşdırılmış çıxarılışı və onların biliklər bazasına
yazılmasıdır.
Mütəxəssislərin biliklərinin avtomatlaşdırılmamış
yığımı çox zəhmət tələb edən prosesdir. Bununla əlaqədar
olaraq inkişaf etmiş intellektual sistemlərdə biliklərin əldə
olunması üçün köməkçi alətlər qabaqcadan nəzərə alınır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------225------------------------------------
Cədvəl 2.
Predmet ekspertindən biliklərin çıxarılması metodları
Dostları ilə paylaş: |