.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------211------------------------------------
İNTELLEKTUAL SİSTEMLƏRİN
LAYİHƏLƏŞDİRİLMƏSİ
MƏRHƏLƏLƏRİ
İntellektual sistemlərin layihələşdirilməsi dedikdə,
predmet oblastında biliklərə sahibolmaya və sistemin
yaradılmasına kömək etməyə hazır olan ekspertin,
həmçinin süni intellekt sahəsində çalışan biliklər
mühəndisinin, analitiklərin və proqramçıların iterativ və
təkamül proseslərində iştirakı başa düşülür. Görüləcək
işlərin həcmi və əməktutumundan asılı olaraq qrup 3-6
nəfərdən ibarət ola bilər.
Predmet oblastının təhlilindən və bu sahəyə
intellektual
sistemlərin
məqsədəuyğun
tətbiqinin
müəyyənləşdirilməsindən sonra bilavasitə sistemin
layihələşdirilməsinə keçilir.
İntellektual
sistemlərin
layihələşdirilməsi
mərhələlərinin sayına müxtəlif baxışlar mövcuddur. Bu, bir
çox amildən, əsasən də yaradılacaq intellektual sistemin
funksiyalarından, onun istifadə olunacağı sahədən, inkişaf
etmiş alət vasitələrinin mövcudluğundan və s. asılıdır.
Süni intellekt sisteminin hazırlanması prosesi beş
mərhələyə ayrılır:
1.Verilən məsələlərin və onların xarakteristikalarının
müəyyənləşdirilməsinin identifikasiyası. Bu mərhələdə həll
olunacaq məsələlərin xarakteristikaları və xüsusiyyətləri
müəyyənləşdirilir. Layihələşdirilən sistemə
texniki
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------212------------------------------------
tapşırıqlar hazırlanır. Daha sonra sistemin istifadəçilərinin
əhatə dairəsi müəyyənləşdirilir. Bu məlumatlar gələcəkdə
ekspertlərin bilik sahəsini, sistemin funksiyalarını və nəticə
olaraq lazım olan biliklərin səviyyəsini müəyyən etməyə
imkan verir. Nəticədə müəyyən tələblər yaranır.
2.Predmet oblastının ekspertlərinin biliklərinin
dairəsini
əks etdirən
əsas konsepsiyalarının
müəyyənləşdirilməsi. Bu, qərar qəbulu prosesində
ekspertin işlədiyi biliklərin tipini təhlil etməyə imkan verir.
Biliklər mühəndisi qərarın çıxarılışında ekspertin fikirlərinə
uyğun olan biliklərin təqdim olunmasının və qərar
qəbuletmə
prosedurunun rəsmi vasitələrini
müəyyənləşdirir. Beləliklə, bu mərhələnin yerinə yetiril-
məsi nəticəsində predmet oblastı haqqında ekspert
biliklərinin təqdimatı sxeminin xarakterinin seçimini
müəyyən edən anlayış meydana gəlir və formalaşır.
3.Biliklərin
təqdimatı
və
qərarların
çıxarışı
mexanizminin müəyyənləşdirilməsinin rəsmiləşdirilməsi
üsulunun seçilməsi. Sistemin layihələşdirilməsində
qoyulan məsələnin həllinə modelləşdirmə komponentləri
əhəmiyyətli dərəcədə təsir göstərir. Biliklərin təqdim
olunması üçün hazırlanan quruluş növbəti mərhələnin –
biliklər bazası sisteminin yaranması mərhələsinin
reallaşdırılmasının bilavasitə əsasını təşkil edir.
4.Biliklərin təsviri dilinin (BTD-nin) seçilməsi və ya
hazırlanması. Seçilmiş təqdimolunma dilində qaydaların
hazırlanması və təqdim olunmasından sonra onlar, yəni
qaydalar, biliklər mühəndisi tərəfindən biliklər bazasına
yerləşdirilir.
5.Sistemin yoxlanması və ya testdən keçirilməsi.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------213------------------------------------
Sistemin iş qabiliyyəti konkret yoxlanmış məsələlərin
həlli yolu ilə müəyyənləşdirilir. Müxtəlif çatışmazlıqların
meydana gəlməsi zamanı həmin çatışmazlıqların
xarakterindən asılı olaraq sazlamanın bu və ya digər
mərhələsinə müraciət baş verir. Süni intellekt sistemində
hər hansı biliklərin olmaması və ya onların çatışmayan
müəyyənlikləri təyin edildikdə IV mərhələyə qayıdılır və
imkanları daxilində düzəlişlər edilir. Əgər ekspert
tərəfindən seçilmiş biliklərin təqdim olunması modeli
çərçivəsində hər hansı biliklər təqdim oluna bilmirsə, onda
III mərhələyə qayıdılır və alternativ model və ya biliklərin
təqdim olunma sxemi seçilir. Geri qayıtmanın səbəbi kimi
məntiqi çıxarışın adekvat baza mexanizminin çatışmazlığı
ola bilər. Qoyulan məsələnin çıxış vəziyyəti düzgün
olmadığı zaman problemin yenidən formalaşdırılmasına
tələbatda hansısa bir hadisə baş verə bilər.
İşlərin ardıcıllıq sxemi bizim nöqteyi-nəzərimizdən,
süni intellektin layihələşdirilməsi prosesini kifayət qədər
dolu və ətraflı izah edir, lakin bir çox süni intellekt
sisteminin bir sıra funksional modullarının yaradılması ilə
əlaqəli olan vacib mərhələlərə baxılmır.
İntellektual sistemlərin layihələşdirilməsi zamanı
işlərin daha ətraflı siyahısı aşağıda verilən ardıcıllıqladır:
•
Biliklərin ekspertdən sistemə ötürülməsi;
•
Biliklərin sistemə təqdim olunma üsulunun
seçilməsi;
•
Çıxış (idarəetmə) strategiyasının seçilməsi;
•
İzahetmə altsisteminin seçilməsi;
•
İstifadəçi ilə qarşılıqlı əlaqə altsisteminin seçilməsi;
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------214------------------------------------
•
Sistemin
reallaşdırılması
üçün
adekvat
instrumentariyanın seçilməsi. Lakin burada yuxarıda qeyd
edilən bir neçə vacib mərhələ yoxdur.
Qeyd edildiyi kimi, işlərin quruluşu, intellektual
sistemlərin layihələşdirilməsi mərhələlərinin sayı, onların
icrasının ardıcıllığı bir çox obyektiv və subyektiv
amillərdən asılıdır. Lakin işlərin bir çox mərhələ və
quruluşu, demək olar ki, bütün tip intellektual sistemlər
üçün ümumi və zəruridir.
Aşağıda belə mərhələlərin və onların quruluşunun
siyahısı sadalanır:
1.Predmet oblastının təsviri: bütün təşkiletmə
prosesi üçün problemin vacibliyini göstərən predmet
oblastının təyini; biliklər bazasına ekspertizaları (bilikləri)
ötürməyi arzulayan problemli ekspertlərin təyini; inkişaf
planının hazırlanması və elan edilməsi.
2.İşçi heyəti: layihələşdirmə qruplarının və uyğun
tapşırıqların təyini; layihəyə təcrübəli rəhbərin təyini;
idarəetmənin düzgün yolunun müəyyən edilməsi və
həyata keçirilməsi.
3.Layihənin qəbulu: təşkilati iclasın keçirilməsi;
problemə yanaşmanın müzakirəsi; xüsusi inkişaf planının
hazırlanması; lazımi texniki alət və vasitələrin quraşdırıl-
masına hazırlıq.
4.Sistemin
prototipi
(ilkin modeli):
sistem
prototipinin inkişafı və yoxlanılması (testləşdirilməsi);
yoxlanışın nəticəsi olaraq predmet oblastı haqqında əlavə
informasiyanın toplanması.
5.Bitkin sistemin inkişafı: prototipin biliklər bazasının
genişlənməsi;
istifadəçi interfeysinin
quruluşunun
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------215------------------------------------
qiymətləndirilməsi; istifadəçilərin öyrədilməsi və
sənədləşmə vasitələrinin birləşdirilməsi.
6.Sistemin verifikasiyası (yoxlanışı): ekspert və
potensial istifadəçilərin yoxlanış prosesinə cəlb edilməsi;
layihə ilə uyğun sistemin işləməsinin təminatı.
7.Sistemin
inteqrasiyası:
bitkin
sistemin
planlaşdırıldığı kimi yerinə yetirilməsi; fəaliyyətdə olan
sistemlə uyğunluq və qarşılıqlı əlaqənin təminatı.
8.Sistemin
dəstəklənməsi: sistemə
dəstək
verilməsinin fasiləsizliyinin təminatı; yeni informasiyanın
qəbulu zamanı biliklər bazasının modernləşdirilməsi;
sistemə görə cavabdehliyin saxlanılması.
9.Sənədləşdirmə: sistemin tam sənədləşdirilməsinə
hazırlıq; istifadəçi üçün idarə etmənin hazırlanması;
istifadəçilərə məsləhətlərin hazırlanması.
İntellektual sistemlərin yaradılması mərhələləri dəqiq
və nizamlanmış deyildir.
İntellektual sistemlərin (və ya sistemin həyati dövrü)
mövcudluq mərhələləri instrumentari (bir ixtisasda işlənən
alətlər komplekti) ilə reallaşan sistemin hazırlıq
səviyyəsinə,
onun
funksional
bacarıqlarının
tamamlanmasına uyğundur. İntellektual sistemlərin
mövcudluğunu müəyyən edən növbəti mərhələlər isə
bunlardır: nümayiş etdirilən prototip; tədqiqat prototipi;
fəaliyyət göstərən prototip; sənaye sistemi; kommersiya
sistemi.
Nümayiş etdirilən prototip – bu, sistemin problemli
tapşırıqlarının bir hissəsini həll edən zaman hazırlanmış
vəziyyətidir. Nümayiş etdirilən prototipin hazırlanması
zamanı ziddiyətli məqamları həll etməyə səy göstərirlər:
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------216------------------------------------
bir tərəfdən nümayiş etdirilən prototip mərhələsində
sistem onun qabiliyyətlərini dolğun xarakterizə edən
tapşırıqları yerinə yetirməyə məcburdur, digər tərəfdən
isə sistem bu mərhələni mümkün qədər tez keçməyə
çalışır. Nümayiş etdirilən prototipin işi, əgər bir neçə
tapşırığın həlli üçün kifayət olan minimal qaydalar toplusu
ilə əməliyyat aparırsa, qənaətbəxş hesab edilə bilər.
Hazırlanma vaxtı iki aydan bir ilə qədər çox ola bilər.
Tədqiqat prototipi 1,5 - 2 il ərzində layihələşdirilir.
Sistemin inkişafının bu mərhələsində, sistemin biliklər
bazası predmet oblastına kifayət qədər adekvat təsvir
edən yüzlərlə qaydanı özündə saxlayır. Fəaliyyətdə olan
intellektual sistemlərin prototipi genişlənmiş qaydalar
(təxminən 1000-ə yaxın) mühitində nəticələrin keyfiyyətli
çıxarılışını yerinə yetirir. Buna görə də çətin tapşırıqların
çıxarılışı daha çox vaxt və yaddaş resursu tələb edir.
Sənaye sistemləri həll müddətinin və tələb olunan
yaddaşın əhəmiyyətli dərəcədə azalması şəraitində də
predmet oblastının probleminin həllinin yüksək səviyyəsini
təmin edir. Qaydaların miqdarı fəaliyyətdə olan
prototiplərlə müqayisədə elə də nəzərəçarpan dərəcədə
artmır. Bu mərhələdə qaydaların sayının genişləndirilməsi
və intellektual sistemlərin daha effektiv alət vasitələri ilə
təkmilləşdirilməsi hesabına fəaliyyətdə olan prototipin
şəklinin dəyişməsi baş verir. Bu təxminən 3-4 il tələb edir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------217------------------------------------
Dostları ilə paylaş: |