Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------195------------------------------------ 
 
İNTELLEKTUAL SİSTEMLƏRİN 
QURULUŞU VƏ 
LAYİHƏLƏŞDİRİLMƏSİ 
 
 
Süni intellekt sistemlərinin quruluşu dedikdə
konkret predmet oblastında biliklərin tətbiqi və problemin 
həllini icra edən təşkilati struktur başa düşülür. 
Süni intellekt sistemlərinin təşkiledici elementləri 
zəruri quruluş yaradarkən onların fərdi xüsusiyyətləri, icra 
edəcəkləri funksiyalar və istehsal özəllikləri üzrə mühən-
dislik prinsipləri rəhbər tutulur. Bu prinsiplər, əsasən, 
predmet oblastının təsiri altında formalaşandır. Bu isə o 
deməkdir ki, həll edilən məsələ və funksiyaların xarakteri 
intellektual sistemlərə 
həvalə 
edilir. Bunun 
gerçəkləşdirilməsi isə intellektual sistemin standart 
quruluşunun predmet oblastına uyğunlaşdırılmasını tələb 
edir.
Sistemin 
predmet 
oblastı 
ilə 
inteqrasiyası 
probleminin uğurlu həlli və istehsalın avtomatlaşdırılmış 
idarə 
edilməsi 
müxtəlif 
səviyyədə 
onların 
intellektuallaşdırılması ilə bağlıdır. Avtomatlaşdırılmış 
istehsalın əsas funksional və təşkilati hissələrinə 
layihələşdirmə, planlaşdırma, istehsalın təşkili və 
dispetçerlənməsi, texnoloji proseslərin idarə olunması, 
diaqnozun təyin olunması və çevik törəmə sistemlərində 
texnoloji hissələrin robotlaşdırılması aiddir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------196------------------------------------ 
Funksiyalarının xarakterinə və fəaliyyət sahəsinə 
görə ekspertlərin bir neçə tipik vəzifəsi vardır. Bu 
vəzifələrin araşdırılması biliklərə əsaslanan törəmə 
sistemlərin layihələşdirilməsində istiqamətverici amil kimi 
çıxış edir. Sözü gedən vəzifələr sırasında, ilk növbədə, 
şərhetmə (interpretasiya), planlaşdırma, idarəetmə
layihələşdirmə, 
proqnozlaşdırma, 
dispetçerləmə, 
monitorinq və diaqnostika kimi vəzifələri göstərmək olar. 
Əsas məqam budur ki, ekspert öz biliklərini yeniləşdirə 
bilir, yəni, öyrənmək qabiliyyəti var; öz hərəkətlərini izah 
edə bilir; qərarları əsaslandırmağı bacarır; vəziyyətin 
dəyişməsini proqnozlaşdıra bilir; xarici mühitlə fəal 
əlaqədə olub müxtəlif xarakterli informasiya ala bilir; 
verilən tapşırıqları bilikləri əsasında həll edə bilir; lazım 
olan informasiya və faktoqrafik verilənləri yadda saxlaya 
bilir və s. Ona görə də öz bilikləri ilə işləyən və müəyyən 
mənada eksperti əvəz edən və ya ona kömək edən sistem 
yaratmaq üçün bütün bu sadalanan funksiyalar 
sözügedən sistemin quruluşuna daxil edilməlidir.
Hər bir biliklər bazasının idarəetmə sistemi (BBİS) 
üçün müvafiq biliklər bazası və bu biliklərlə işləyən çıxış 
mexanizmi olmalıdır. Adətən intellektual sistemlər son 
istifadəçi ilə, ekspertlə, bilik mühəndisi ilə, daxili verilənlər 
bazası ilə və tətbiqi proqram təminatı ilə qarşılıqlı əlaqədə 
olurlar. 
İntellektual istifadəçi interfeysi məhdud təbii dildə 
danışığın daxil edilməsi və həm də vizual təqdimatla 
(qrafika, texniki görmə) ünsiyyət yaradır. İstifadəçi 
qismində 
insan-operator 
və 
ya 
qapalı 
dövri 
əməliyyatlardan ibarət olan istehsal prosesinin özü çıxış 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------197------------------------------------ 
edə bilir. Bir çox istehsal prosesində verilənlərin avtomatik 
qəbulu, emalı və idarəetmə üzrə əks əlaqə vasitələri lazım 
olur. Bilik mühəndisi ilə intellektual sistemlər, adətən, 
biliklər bazasının komponentlərini almağa və modifikasiya 
etməyə icazə verən quruluş redaktorlarının köməyi ilə 
əlaqələndirilir. 
İntellektual sistemlərin tətbiqi proqram təminatı ilə 
qarşılıqlı əlaqəsi xüsusi hesablamalar vaxtı hiss olunur. 
Belə ki, tez-tez verilənlərin emalı üzrə standart 
əməliyyatların alt məsələ qismində istifadə edilmə 
məcburiyyəti yaranır.
İstehsalın idarəetmə sistemi ilə inteqrasiya edilən 
intellektual sistemlər, həmçinin, İnternetlə paylanmış 
verilənlər bazalarının birgə fəaliyyəti, verilənlər və 
biliklərin tədarükü sistemləri idarəetmənin müxtəlif 
ierarxiyalarında istifadə olunur.
Adətən istehsalın idarə edilməsi məsələlərində 
ekspert tərəfindən biliklərin üç səviyyəsindən istifadə 
edilir:

Reflektiv, yəni qeyri-iradi reaksiyaların səthi 
biliklərinə uyğun “qabiliyyət”; 

Standart mühakimə halları üçün qaydalar;

Qeyri-adi və çətin hallar üçün qaydalara deyil
konkret prinsiplərə əsaslanan dərin biliklər.
Biliklər bazasının layihələşdirilməsi zamanı intellektin 
daha çox dərin biliklərə əsaslanmasına cəhd edilməlidir. 
İntellektual sistemlərin layihələşdirilməsi və onların 
arxitekturasının seçilməsində yalnız mövcud istehsal 
obyektini qiymətləndirən müstəqil proqram təminatı 
hazırlamaq lazım deyildir. İntellektual sistemlərin prosesin 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------198------------------------------------ 
müxtəlif elementlərinə daha çox yaxınlaşmasına, 
idarəetmə və təşkilatın texnoloji zəncirinin əsas həlqəsi 
kimi çıxış etməsinə cəhd etmək lazımdır. 
İntellektual sistemlərin yaradılması zamanı predmet 
oblastı haqqında biliklərin təqdim olunma üsulu və insanın 
xəyalının modelləşdirilməsi, düşüncə metodları və qərar 
qəbulunda seçimlər mühüm əhəmiyyət kəsb edir. 
İntellektual sistemin yaradıcısı (biliklər mühəndisi) uzun 
müddət biliklər bazasının yaradılması üçün informasiya 
mənbəyi rolunu oynayan mütəxəssis-ekspert ilə həmin 
sahə üzrə birgə işləyir. Bir neçə iterasiya (təkrar) 
nəticəsində sistemdə biliklərin təqdim olunma sxemi və 
məntiqi nəticəçıxarma strategiyası seçilir. 
Biliklərin biliklər bazasında yerləşdirilməsi və 
nəticəçıxarma mexanizminin, düşüncələrin və seçimin 
təşkili problemlərindən başqa izahetmə qərarlarının 
funksiyaları və çıxarılışları mühüm əhəmiyyət kəsb edir. 
Bir qayda olaraq intellektual sistemlər istifadəçilərin 
onlara olan inamının artmasından sonra öz nəticə və 
məsləhətlərini izah edir və təsdiqləyirlər. 
Mövcud intellektual sistemlərdən heç biri sadalanan 
komponentlərin hamısını özündə birləşdirmir. Bununla 
yanaşı, bu elementlərin varlığı abstrakt (mücərrəd) deyil, 
tətbiqi aspektdə intellektuallığa iddia edən sistemin 
müxtəlif funksiyalarının reallaşdırılmasını əks etdirir. Bu və 
ya digər komponent və əlaqələrin intellektual sistemə 
qoşulması müəyyən səviyyədə onun təyinatından, 
funksiyalarından, tədqiqat sahəsindən və istehsal 
prosesindəki qarşılıqlı əlaqə formasından asılı olaraq 
müəyyən edilir. Məsələn, izahetmə funksiyalarının 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------199------------------------------------ 
nizamlama intellektual sistemlərinin bazası əsasında 
texnoloji proseslərin idarə 
edilməsi sistemində 
reallaşdırılması əlverişli deyil.



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------200------------------------------------ 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------201------------------------------------ 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin