Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1 6



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix10.09.2023
ölçüsü3,8 Mb.
#142472
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   49
44INTELLEKTUAL-SISTEMLER-DERSLIK-son-variant-2016

 
İntellektual sistemlər üçün nəzərdə tutulan 
paralel arxitekturalı maşınPAMİR sisteminin ən vacib 
xüsusiyyəti odur ki, bunun arxitekturası dalğavari 
asinxron proseslərə əsaslanır. Bu proseslərin dinamikası 
məsələlərin həll dinamikasını əks etdirir. PAMİR 
sistemində, həmçinin, assosiativ axtarışla, qeyri-
mərkəzləşdirilmiş mübadilə üsulları, “elan lövhələri”nin 
köməyi ilə idarəetmə, axınlar sxemləri və s. ilə bağlı 
müxtəlif ideyalar reallaşdırılmışdır. 
PAMİR sistemində statik və dinamik şəbəkələrdə 
dalğavari proseslərin vahid mövqedən təşkili nəzərdə 
tutulmuşdur. Biliklərin təqdim edilməsi sistemləri, məntiqi 
nəticəçıxarma, sorğulara cavabların axtarışı 
aktiv şəbəkə 
verilənlər bazası (AŞVB) arxitekturasında gerçəkləşdirilir. 
Aktiv şəbəkə verilənlər bazası müntəzəm əlaqəli bircins 
mühitdir. Buradakı təpələrdə birtip ixtisaslaşdırılmış 
prosessorlar yerləşdirilmişdir. Aktiv şəbəkə verilənlər 
bazasının daxil olduğu multiprosessor mühiti məhz bu 
dalğavari paralel prosessorlarla gerçəkləşdirilir. Sözü 
gedən dalğavari paralel prosessorların hasil etdiyi 
verilənlər istifadəçilər üçün və həmçinin, məntiqi 
nəticəçıxarma alt sistemi üçündür. Aktiv şəbəkə verilənlər 
bazasında olan bloklar həm bütövlükdə sistemin 
tərkibində, həm də ayrıca fəaliyyət göstərə bilir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------193------------------------------------ 
Bütün blokların birgə fəaliyyəti xüsusi sistem 
vasitələri ilə elə təmin edilir ki, bloklar arasındakı qarşılıqlı 
fəaliyyət paralel asinxron xarakter daşısın. 
Biliklərin təqdim edilməsi alt sistemi iki 
komponentdən, verilənlər maşınından və biliklər 
maşınından ibarətdir. Bu maşınların arasında interfeys 
bloku vardır. Maşınlar arasındakı fərq ekstensional və 
intensional biliklər arasındakı fərqdir. Bunların arasındakı 
interfeys monitorun köməyi ilə gerçəkləşdirilmişdir. 
PAMİR sistemində paylanmış idarəetmə modelindən 
maksimum istifadə edilməsi nəzərdə tutulduğundan, 
monitor bir fiziki blok olaraq olmaya da bilər. 
Məntiqi nəticəçıxarma alt sistemi 2 maşından təşkil 
edilmişdir: 
1) Deduktiv nəticəçıxarma maşını; 
2) Gerçəyəbənzər nəticəçıxarma maşını. 
Bu iki maşın arasında interfeys bloku və bir sıra 
xarici interfeys blokları var. 
Yeni nəsil EHM-lərin 
yeni 
versiyalarında 
(
informasiya-hesablayıcı 
məntiqi sistem 
istisna 
olunmaqla) rast gəlinməyən nəticəçıxarma alt sisteminin 
fərqləndirici cəhəti deduktiv və 
gerçəyəbənzər 
nəticəçıxarma maşınlarının eyni zamanda paralel işləməsi 
imkanının olmasıdır. Halbuki müəyyən deduktiv addımlar 
induktiv və ya traduktiv addımlarla növbələnir. 
Qeyd etmək lazımdır ki, məntiqi nəticəçıxarma alt 
sistemi PROLOQ dilinə deyil, nəticəçıxarmanın dalğavari 
dillərinin xüsusi versiyalarına yönləndirilmiş olur. 
Deduktiv nəticəçıxarma maşını aktiv şəbəkə 
verilənlər bazasına bənzər vasitələrlə reallaşdırılır. Odur 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
---------------------------------194------------------------------------ 
ki, PAMİR sistemində əzəl-başdan semantik şəbəkədə 
dalğavari nəticəçıxarma problemi qoyulur. Semantik 
şəbəkənin təpələrində xüsusi prosessorlar (nəticəçıxarma 
transpüterləri) yerləşir. Bunlar isə öz növbəsində 3 
blokdan təşkil edilmişdir: unifikasiya bloku, parçalama 
(yarma) bloku və mübadilə bloku. 
PAMİR sistemində ünsiyyət bloku istifadəçi ilə 
məhdud təbii dildə əlaqə təmin edir. Bu ünsiyyət bloku 
digər ünsiyyət bloklarından fərqli olaraq linqvistik biliklər 
bazası və aktiv semantik şəbəkə əsasında təşkilolunmanın 
nəticəsi olan dalğavari 
xarakterli 
proseslərə 
istiqamətləndirilmişdir. 

Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin