Sifariz Səbzəliyev 97
Qeyd olunan təsnifatın hər bir qrupunun qısa xarakteristikasını
araşdıraq:
Maliyyə-təsərrüfat proseslərinə xidmət göstərilməsinin miqyasına görə pul axınlarını aşağıdakı qruplara bölmək olar:
müəssisənin pul axınları;
struktur bölmələrinin pul axınları;
müxtəlif təsərrüfat əməliyyatlarının pul axınları.
Müəssisənin pul axınları həmin qrupda ən ümumiləşdirici hesab
olunur. O, pul vəsaitlərinin daxil olmasını və istifadəsini müəssisə üzrə
bütövlükdə xarakterizə edir və özündə struktur bölmələrinin pul axınlarını
və müxtəlif təsərrüfat əməliyyatlarının pul axınlarını birləşdirir.
Hər bir struktur bölməsinin pul axınları ayrılıqda idarəetmənin
müxtəlif obyektləri kimi müəssisənin filiallarının, nümayəndəliklərinin və
digər struktur bölmələrinin fərqləndirilməsi nəticəsində yaranır.
Müxtəlif təsərrüfat əməliyyatlarının pul axınlarının mövcudluğu
həmin təsərrüfat əməliyyatlarının müəssisənin bütün maliyyə-təsərrüfat
fəaliyyətinin ayrıca tərkib hissəsi kimi imkanlarından və onunla əlaqədar pul
vəsaitlərinin hərəkəti ilə əlaqədar imkanları müəyyənləşdirməkdən asılıdır.
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin növlərindən asılı olaraq pul axınları aşağıdakı qaydada təsnifləşdirilir:
əməliyyat fəaliyyətinin pul axınları;
investisiya fəaliyyətinin pul axınları;
maliyyə fəaliyyətinin pul axınları.
Əməliyyat fəaliyyətinin pul axınları məhsul istehsalı prosesi, işlərin
yerinə yetirilməsi, xidmətlərin göstərilməsi, alınan malların satılması ilə
əlaqədar malalanlardan pul vəsaitlərinin daxil olmasını və onların istifa-
dəsini xarakterizə edir.
İnvestisiya fəaliyyətinin pul axınları dövriyyə aktivlərinə qoyuluşla
və onların satılması ilə əlaqədar müəssisə fəaliyyətinin həyata keçirilməsi
zamanı formalaşır.