Maliyyə hesabatı
100
Vaxtın qiymətləndirilməsindən
asılı olaraq cari pul axınlarını və
gələcək pul axınlarını fərqləndirmək olar.
Cari pul axınları
vaxtın cari anına görə pul vəsaitlərinin hərəkətini
nəzərdə tutur.
Gələcək pul axınları
vaxtın konkret gələcək anına görə pul
vəsaitlərinin hərəkətini nəzərdə tutur.
6.5. Əməliyyat fəaliyyətindən alınan pul vəsaitlərinin hərəkətinin
hesablanması metodları
Pul vəsaitlərinin hərəkətini effektiv idarə etmək üçün aşağıdakıları
bilmək vacibdir:
müəyyən zaman kəsiyində (ay, rüb, il) onların
kəmiyyəti;
onların əsas elementləri;
pul vəsaitlərinin axınını generasiya edən fəaliyyət növləri.
Müxtəlif ölkələrdə
pul axınlarının qiymətləndirilməsi
birbaşa,
yaxud dolayı metodlarla həyata keçirilə bilər.
MHBS-da hər iki metoddan
istifadə edilməsi tövsiyə olunur. Milli Mühasibat Uçotu Standartlarına görə
Azərbaycanda bu məqsəd üçün yalnız dolayı metoddan istifadə tələb olunur.
Əslində müstəqim metod hesablama prosedurunun sadəliyi ilə seçilir,
habelə mühasiblər və maliyyəçilər üçün daha anlaşıqlıdır. Bu metod bila-
vasitə mühasibat uçotunun registrləri (baş kitab, jurnal-orderlər) ilə əlaqə-
dardır, göstəricilərin hesablanması, pul vəsaitlərinin daxil və xaric olmasına
nəzarəti həyata keçirmək üçün əlverişlidir.
Bu zaman həm müəssisə üzrə
bütövlükdə, həm də fəaliyyətin müxtəlif növləri üzrə daxilolmaların ödə-
nişləri üstələməsi vəsaitlərin artımını, ödənişlərin daxilolmaları üstələməsi
isə vəsaitlərin azalmasını göstərir.
Eyni zamanda pul vəsaitlərinin hərəkətinin kəmiyyətinin hesablan-
masının birbaşa metodu müəssisənin likvidlik səviyyəsini qiymətləndirmək
nöqteyi – nəzərindən də çox maraqlıdır.
Müəssisənin maliyyəsinin operativ idarə
edilməsində birbaşa metod
satışdan alınan gəlirlərin formalaşması proseslərinə nəzarət etmək üçün də
istifadə oluna bilər. Bu metodun başlıca çatışmazlıqı bundadır ki, o, müəs-
sisənin aldığı maliyyə nəticələri (mənfəət) ilə pul vəsaitlərinin mütləq
ölçüsündəki dəyişikliklər arasındakı qarşılıqlı əlaqəni nəzərə almır.