Sifariz Səbzəliyev 101
Analitiklərin nöqteyi-nəzərindən dolayı metod daha məqsədəuy-
ğundur. Bu metod alınmış mənfəətlə, müəssisənin pul vəsaitlərinin kəmiy-
yətindəki dəyişikliklər arasındakı qarşılıqlı əlaqəni daha dəqiq müəyyən-
ləşdirir. Dolayı metod xalis mənfəətlə və əməliyyat fəaliyyətindən alınan
xalis pul axını arasındakı fərqin müəyyənləşdirilməsinə əsaslanır.
Adı çəkilən metod tətbiq olunduqda hesabatın formalaşması və
təqdimatına bilavasitə mənfəət və zərər haqqında hesabatdan götürülən xalis
mənfəət, yaxud zərər göstəricisindən başlanılır. Əməliyyat fəaliyyətindən
alınan xalis pul axınını müəyyənləşdirmək üçün pul vəsaitlərinin hərəkəti ilə
əlaqəsi olmayan gəlir və xərclərin müxtəlif maddələrinə düzəliş edilməsi
həyata keçirilir. Məsələn, amortizasiya ayırmalarının məbləği bərpa olun-
malıdır. Belə ki, bu məbləğ xərc hesab olunur və gəlirləri azaldır, lakin o,
pul vəsaitlərinin hərəkəti ilə əlaqədar deyildir. Dolayı metod əsasında
hazırlanılan pul vəsaitlərinin hərəkəti haqqında hesabat cari aktivlərin və
cari öhdəliklərin əksər maddələrindəki dəyişikliyi nəzərə alır. Əməliyyat
fəaliyyətindən alınan pul axınlarının hesablanması ehtiyatlardakı, debitor
borclarındakı və digər analoji maddələrdəki dəyişikliklərin uçota alınması
ilə əlaqədardır. Ümumiyyətlə, aparılan düzəlişlər heç də mürəkkəb deyildir,
lakin onların bəzilərinin əlavə təhlilə ehtiyacı var. Məsələn, satışdan daxilol-
maları hesablamaq üçün debitor borclarının məbləğindəki dəyişiklikləri,
habelə şübhəli borclar üzrə dəyişiklikləri hökmən nəzərə almaq lazımdır.
Dolayı metoddan istifadə olunduqda düzəlişlər təxirə salınan vergi-
lərin məbləğinə, azlıqların payına, reallaşdırılmayan məzənnə fərqlərinə,
habelə kapital metodu üzrə uçot aparılan zaman investisiyalardan alınan
gəlirlərə və zərərlərə aid edilir. Müvafiq sürətdə artımın məbləği kassa
metodu üzrə gəlirlərin hesablanması üçün hesablama metodu əsasında gəlir-
lərdən çıxılır. Pul axınlarını hesablamaq üçün cari aktivlərin dəyər artımı
gəlirlərdən çıxılmalıdır. Pul axınları hesablandıqda cari öhdəliklərin kəmiy-
yətinin artımı gəlirləri artırır. Məsələn, əməkhaqqının hesablanılması mən-
fəət və zərərlər haqqında hesabatda xərc kimi əks etdirilir, lakin o, pul
vəsaitlərinin azalmasına gətirib çıxarmır.
Dolayı metodun əsas çatışmazlığı onda verilən informasiyaların hesa-
batın istifadəçiləri tərəfindən çətin dərk olunmasındadır. Konkret olaraq
pulun hansı mənbələrdən daxil olması və hansı məqsədlərə sərf edilməsi
hesabatdan görünmür.