Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Retrospektiv qaydada yenidən təqdim etmə



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə97/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Retrospektiv qaydada yenidən təqdim etmə 

 
maliyyə hesabatları 
elementlərinin tanınması, qiymətləndirilməsi və açıqlanmasına dair əvvəlki 
hesabat dövrlərinə aid edilən səhvlərin sanki heç olmadığı kimi düzəldil-
məsidir. 
Mümkünsüzlük 

 
müəssisə bütün mümkün cəhdləri etməsinə bax-
mayaraq, standartların tələbini tətbiq edə bilmədikdə, belə tələbin tətbiqi 
qeyri-mümkün sayılır. Müəyyən keçmiş hesabat dövrü üçün uçot siyasə-
tində dəyişikliyi retrospektiv şəkildə tətbiq etmək və ya səhvi düzəltmək 
məqsədilə məlumatları retrospektiv qaydada yenidən tətbiq etmək aşağıdakı 
hallarda qeyri-mümkün sayılır: 
a) retrospektiv tətbiq etmənin və ya retrospektiv qaydada yenidən 
təqdim etmənin nəticəsi müəyyən edilə bilmədikdə


Sifariz Səbzəliyev
 
109 
b) retrospektiv tətbiq etmə və ya retrospektiv qaydada yenidən təqdim 
etmə həmin dövrdə müəssisə rəhbərliyinin niyyətləri haqqında fərziyyələrin 
irəli sürülməsini tələb etdikdə;
c) retrospektiv tətbiq etmə və ya retrospektiv qaydada yenidən təqdim 
etmə məbləğlərin əhəmiyyətli dərəcədə qiymətləndirilməsini tələb etdikdə 
və ya aşağıdakı məlumatları obyektiv şəkildə digər məlumatlardan ayırmaq 
mümkün olmadıqda; 
a) həmin məbləğlərin tanındığı, qiymətləndirildiyi və ya açıqlan-
dığı tarixdə mövcud olan şərtlər haqqında dəlilləri təmin edən qiymət-
ləndirmə; 
b) həmin dövrlərin maliyyə hesabatları dərc olunmaq üçün təsdiq 
edildiyi zaman mövcud qiymətləndirmə. 
Retrospektiv qaydada tətbiq etmə 

 
uçot siyasətində dəyişikliyin və 
uçot qiymətlərində dəyişikliyin nəticəsinin tanınmasının perspektiv tətbiqi 
müvafiq olaraq aşağıdakılardan ibarətdir: 
a) uçot siyasətinin dəyişdiyi tarixdən sonra baş vermiş əməliyyatlara,
digər hadisə və şərtlərə yeni uçot siyasətinin tətbiq edilməsi: 
b) dəyişikliklərin təsir etdiyi hazırkı və gələcək hesabat dövrlərində 
uçot qiymətlərində dəyişikliyin tanınması.
Maliyyə hesabatlarının daha mühüm məqsədləri şəklində istifadə 
edilən mühasibat uçotunun prinsipləri nisbətən eyni şirkətlərin maliyyə 
hesabatlarının müqayisəliliyini təmin edir. Şübhə yoxdur ki, investorlar
kreditorlar, potensial işçilər və biznes üzrə partnyorlar üçün belə bir qayda 
əsaslandırılmış qərarların qəbulunu sadələşdirir. Bu bir faktdır ki, hesa-
batların mütləq şəkildə müqayisə oluna bilməsinə nail olmaq hələlik müm-
kün deyildir. Bunun başlıca səbəbi ondadır ki, eyni əməliyyatların uçotunun 
alternativ metodları kifayət qədərdir. Lakin son dövrlərdə standartların mo-
difikasiyasının ümumi meyilləri bilavasitə müqayisəliliyin yaxşılaşdı-
rılmasına yönəldilmişdir. 
Beynəlxalq Standartlar Komitəsi 1990-cı illərdən etibarən öz qüvvə-
sini icazə verilən alternativ metodların sayının ixtisar olunmasına yönəldir. 
Bu meyillər çox güman ki, gələcəkdə də davam etdiriləcək. 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin