Sifariz Səbzəliyev 111
«Torpaq, tikili və avadanlıqlar üzrə» 7 № -li və «Qeyri-maddi aktivlər üzrə» 12 № -li Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq,
aktivlərin yenidən qiymətləndirilməsi üzrə siyasətin ilkin tətbiqi, uçot
siyasətində dəyişiklik olmaqla, 11
№
-li standartın müddəalarına uyğun
deyil, 7
№
-li və 12
№
-li Milli Mühasibat Uçotu Standartlarına müvafiq
olaraq yenidən qiymətləndirmə kimi baxılır.
Aşağıdakılar uçot siyasətində dəyişikliklər hesab olunmur:
mahiyyətcə özündən əvvəlkilərdən fərqlənən əməliyyatlara,
hadisələrə və şərtlərə münasibətdə uçot siyasətinin hazırlanması;
müəssisənin əvvəllər həyata keçirmədiyi, yaxud xüsusi əhəmiyyət
daşımayan əməliyyatlara, hadisələrə və şərtlərə münasibətdə uçot siyasə-
tinin hazırlanması;
«Torpaq, tikili və avadanlıqlar üzrə» 7
№
-li və «Qeyri-maddi aktivlər
üzrə» 12
№
-li Standartlara uyğun olaraq aktivlərin yenidən qiymətlən-
dirilməsi üzrə uçot siyasətinin ilk dəfə tətbiqi.
Misal. Müəssisə ilk dəfə olaraq qeyri-maddi aktiv obyektini satın
almışdır. Qeyri-maddi aktiv obyektinin uçotu ilə bağlı uçot siyasəti hazır-
lanmışdır. Bu hal uçot siyasətində dəyişiklik deyildir. Belə ki, müəssisədə
əvvəllər olmayan hadisə baş vermişdir.
Uçot siyasətində dəyişikliklər həm məcburi, həm də könüllü ola bilər.
Uçot siyasətində məcburi dəyişikliklər artıq qüvvədə olan standart-
larda, yaxud yeni standartların qüvvəyə minməsi nəticəsində baş verə bilər.
Uçot siyasətinin tətbiqi qaydası standarta keçid təlimatlarının mövcud
olub-olmamasından asılıdır. Əgər standartda, yaxud standartın tətbiqində
keçid təlimatı varsa, onda uçot siyasəti hazırlandıqda keçid təlimatlarını əldə
rəhbər tutmaq lazımdır. Əgər standartda, yaxud standartın tətbiqində keçid
təlimatları yoxdursa, onda dəyişiklik retrospektiv qaydada tətbiq edilir.
Misal. Müəssisə digər bir müəssisəni satın almışdır və onun ba-
lansında aktivlərin mübadiləsi nəticəsində əldə olunan əsas vəsait obyekti
uçota alınmışdır. Əsas vəsait obyektinin qiymətləndirilməsi MMUS-a uyğun
həyata keçirilməmişdir. Belə aktivlərin uçotu üçün müəssisə «Torpaq, tikili
və avadanlıqlar üzrə» 12
№
-li standartın müddəalarını əsas götürməlidir.
Aktivlərin mübadiləsi nəticəsində alınan əsas vəsait obyektlərinin ilkin
qiymətləndirilməsinə münasibətdə 12
№
-li standart əsasında qiymətləndirmə
perspektiv əsasda yalnız gələcək əməliyyatlara tətbiq edilməlidir.