Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə95/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
107 
Eyni zamanda müəssisənin məqsədləri, habelə xarici iqtisadi situasiya 
zaman keçdikcə dəyişikliyə məruz qalır. Bundan başqa uçot standartının
həm özü, həm də onun metodikası dəyişilir və təkmilləşdirilir. 
Mühasibat uçotu və hesabatda bu qəbildən olan dəyişikliklərin əks 
etdirilməsi daima mütəxəssislər arasında mübahisələrin predmeti olmuşdur. 
Praktik olaraq bütün maliyyə təhlili müxtəlif dövrlərin hesabatlarının 
müqayisəsinə və uyğunluğuna istinad edir. Uçot siyasətində hər hansı bir 
dəyişiklik hesabatlarda uyğunsuzluğun meydana gəlməsinə və maliyyə təh-
lilinin nəticələrinin təhrif edilməsinə gətirib çıxarır. Buna görə hər şeydən 
əvvəl, uçot prinsiplərində dəyişikliklərə qərar vermək üçün həmin dəyişik-
liklərin hesabatların müqayisəsinə hansı təsir göstərəcəyini ölçüb-biçmək 
və qiymətləndirmək məqsədəuyğundur. 
11

-li MMUS tamamilə mühasibat uçotundakı dəyişikliklərə, xüsu-
sən də onun prinsiplərinə və qiymətləndirilməsinə, habelə maliyyə hesabat-
larında yol verilən səhvlərə düzəliş etmək qaydalarına həsr edilmişdir. 
Standartın əsas məqsədi uçot siyasətində və uçot qiymətlərində edilən 
dəyişikliklərə və səhvlərin düzəldilməsinə dair məlumatın açıqlanması və 
uçot qaydaları ilə yanaşı, uçot siyasətinin seçilməsi və dəyişdirilməsi üçün 
istifadə olunan meyarların müəyyən olunmasından ibarətdir. 
11

-li MMUS-da istifadə edilən əsas anlayışlar aşağıdakıları ifadə 
edir: 
Uçot siyasəti

maliyyə hesabatlarının hazırlanması və təqdim edil-
məsi zamanı müəssisə tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslı 
şərtlər və qaydalardır. 
Uçot qiymətlərində dəyişikliklər 

 
aktivlərin və ya öhdəliklərin 
mövcud statusunun və onlarla bağlı ehtimal edilən gələcək iqtisadi səmərə 
və öhdəliklərin qiymətləndirilməsi nəticəsində aktivin və ya öhdəliyin 
balans dəyərinin və ya aktivin dövri istehlak məbləğinin düzəldilməsidir. 
Uçot qiymətlərində dəyişikliklər əldə olunmuş yeni məlumatlardan və və-
ziyyətin dəyişməsindən yarandığı üçün səhvlərin düzəldilməsi hesab olunur. 

Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin