Maliyyə hesabatı 106
VII FƏSİL. UÇOT SİYASƏTI, UÇOT QİYMƏTLƏRİNDƏ DƏYİŞİKLİKLƏR VƏ SƏHVLƏR 7.1. Uçot siyasəti, onun təyinatı, məqsədi və tətbiq olunma sahələri 7.2. Uçot siyasətində dəyişikliklər 7.3. Uçot siyasətində verilən məlumatların açıqlanması 7.4. Uçot qiymətlərində dəyişikliklər 7.5. Retrospektiv qaydada yenidən təqdim etməyə qoyulan məhdu- diyyətlər 7.1. Uçot siyasəti, onun təyinatı, məqsədi və tətbiq olunma sahələri «Uçot siyasəti, uçot qiymətlərində dəyişikliklər və səhvlər üzrə»
Kommersiya Təşkilatları üçün 11
№
-li Milli Mühasibat Uçotu Standartı
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2007-ci il 23 iyul tarixli
əmri ilə təsdiq edilmişdir. Bu standart «Uçot siyasəti, uçot qiymətlərində də-
yişikliklər və səhvlər» adlı 8
№
-li Mühasibat Uçotunun Beynəlxalq Stan-
dartına əsasən hazırlanmışdır.
Şirkətlərin maliyyə hesabatlarında verilən informasiyaların ondan
istifadə edənlərə faydalı olması üçün hesabatlar biri-biri ilə müqayisəyə
gəlməlidir. Həm səhmdarlar, həm də potensial investorlar maliyyə hesabat-
larının digər iştirakçıları ilə birlikdə təkcə şirkətin maliyyə vəziyyətini, pul
axınlarını və maliyyə nəticələrini öyrənmir, eyni zamanda onlar maliyyə
göstəricilərindəki dəyişikliklərin ümumi meyillərinə də qiymət verirlər.
Həmin meyillərə düzgün qiymət verməkdən ötrü şirkət ardıcıl surətdə
uçotun eyni prinsiplərini və qaydalarını tətbiq etməlidir. Bununla yanaşı, bü-
tün kənarlaşmalar maliyyə hesabatına əlavələrdə özünü kifayət qədər dəqiq
əks etdirməlidir.
İstənilən maliyyə hesabatı yol verilən metodların və prinsiplərin bütöv
bir spektrindən irəli gələn uçotun müəyyən prinsiplərinin və metodikasının
seçilməsinin nəticəsi kimi təzahür edir. Müəssisə rəhbərləri uçot siyasətini
seçdikdə və qəbul etdikdə belə ehtimal edirlər ki, bilavasitə onların seç-
dikləri metodlar biznesin spesifikliyini və iqtisadi reallıqları daha yaxşı əks
etdirir.