Sifariz Səbzəliyev 103
tizasiya ayırmaları məhsulların maya dəyərinin elementi kimi çıxılır. Buna
görə də dövr ərzində pul axınları hesablandıqda, həmin ayırmaların məb-
ləğini bərpa etmək lazımdır, başqa sözlə, hesablanılan köhnəlmə məbləğini
xalis mənfəətin kəmiyyətinə əlavə etmək lazımdır. Daha konkret desək,
etibarsız (ümidsiz) maddələrə aiddir:
amortizasiya olunmayan əsas vəsaitlərin və digər dövriyyədənkənar
aktivlərin qalıq dəyərlərinin maliyyə nəticələrinin azalmasına silinən
məbləği;
əmlakın müxtəlif növlərinin satışı mümkün satış qiyməti ilə qalıq
dəyəri arasındakı fərq şəklində mənfəətdə əks etdirilir. Eyni zamanda
hesabat dövründə pulların daxil olması satış qiymətinə bərabər qiymətlə tam
məbləğdə mənfəətə əlavə edilməlidir;
material məsrəfləri istehsala buraxıldıqca məhsulların maya dəyəri-
nin tərkibinə daxil edilir. Eyni zamanda istehsalat ehtiyatlarının və xərclərin
artan məbləğini mənfəətdən çıxmaq lazımdır;
cari passivlərin qısamüddətli passivlər hesabları üzrə qalıqların
artdığı halda pulların artması halları müşahidə edildikdə, həmin məbləğ
həcmində mənfəət artırılmalıdır.
İnkişaf etmiş ölkələrin mühasibat hesabatı formalarında ehtiyatların və
xərclərin uçota alındığı hesablar üzrə əməliyyatlar hesabına mənfəətdə
düzəlişlər, habelə qısamüddətli borclar bir maddə şəklində əks etdirilir: xalis
dövriyyə kapitalının dəyişilməsi (dövriyyə aktivləri- qısamüddətli pas-
sivlər). Xalis dövriyyə kapitalının artması pul vəsaitlərinin azalmasını, kapi-
talın azalması isə onun artmasını göstərir. Eyni zamanda real, yaxud ma-
liyyə investisiyaları ilə əlaqədar pulların azalmasını da nəzərə almaq lazım-
dıır. Bu göstəricilər mənfəət göstəricisində öz əksini tapmır.
Daxilolmaların və ödənişlərin müqayisəsi fəaliyyətinin hər bir növü
üzrə maliyyə nəticələrini müəyyənləşdirilməyə imkan verir. Daha sonra
alınan məlumatlardan gələcək dövrə pul axınlarını proqnozlaşdırmaq üçün
istifadə etmək olar. Dövr ərzində pul vəsaitlərinin ümumilikdə artımı heç də
həmişə müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılması demək deyildir.
Hər şey ondan asılıdır ki, gələcəkdə həmin pul vəsaiti fəaliyyətinin hansı
növlərinin inkişafına yönəldiləcəkdir.
Pul vəsaitlərinin istifadəsi haqqında əsaslandırılmış qərarlar qəbul
etmək üçün fəaliyyətin müxtəlif növləri (əməliyyat, investisiya, maliyyə)