Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə93/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
105 
bu müəssisələr arasında digər hesablaşmalar ilə bağlı pul vəsaitlərinin 
hərəkətini daxil edir. 
Pul vəsaitlərindən, yaxud onların ekvivalentlərindən istifadəni tələb 
etməyən investisiya və ya maliyyə əməliyyatları pul vəsaitlərinin hərəkəti 
haqqında hesabatdan çıxılmalıdır. Bu qəbildən olan əməliyyatlar maliyyə 
hesabatlarında elə açıqlanmalıdır ki, o, belə investisiya və maliyyə fəaliyyəti 
haqqında bütün əhəmiyyətli informasiyaları təmin edə bilsin. 
İnvestisiya və maliyyə fəaliyyətinin həyata keçirilməsi pul vəsait-
lərinin cari hərəkətinə bilavasitə təsir göstərməsə də, müəssisənin kapitalının 
və aktivlərinin strukturuna təsir göstərə bilər. Belə əməliyyatlar fəaliyyətinin 
müvafiq növləri haqqında əhəmiyyətli informasiyaların təmin olunması 
məqsədilə maliyyə hesabatlarında açıqlanmalıdır. Qeyri-pul əməliyyatlarına 
misal olaraq şirkətlətin bilavasitə səhmlərin buraxılması yolu ilə əldə 
olunması və səhmlərə qoyulan uzunmüddətli öhdəliklərin konvertasiyası 
göstərilə bilər. 
Müəssisənin hesabatında rəhbərlərin şərhi ilə birlikdə, aşağıdakı məlu-
matlar da açıqlanmalıdır: 

əməliyyat və investisiya fəaliyyəti ilə bağlı razılaşdırılmış gələcək 
öhdəliklərin ödənilməsinə yönəldilə biləcək kredit xəttinin istifadə olunma-
mış məbləğləri; 

mütənasib konsolidasiya metodu ilə təqdim olunan və birgə 
fəaliyyətdə iştirak payına aid olan əməliyyat, investisiya və maliyyələşmə 
üzrə fəaliyyətlərdən yaranan pul vəsaitlərinin hərəkətinin ümumiləşdirilmiş 
məbləğləri; 

əməliyyat məhsuldarlığının saxlanılması üçün zəruri sayılan pul 
vəsaitlərinin hərəkətindən ayrıca olaraq, əməliyyat məhsuldarlığının artma-
sını göstərən pul vəsaitlərinin hərəkətinin ümumi məbləği

hesabatda təqdim olunan hər bir təsərrüfat və coğrafi seqmentlər üzrə 
əməliyyat, investisiya və maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul 
vəsaitlərinin hərəkətinin məbləğləri. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin