Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə90/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
102 
Əməliyyat, investisiya və yaxud maliyyə fəaliyyətindən pul vəsaitlə-
rinin hərəkəti haqqında məlumatlar hesabatda 
netto-metod
üzrə də verilə 
bilər: 

pul daxilolmaları və müştərinin adından ödənişlər (pul vəsaitlərinin 
hərəkəti müəssisənin fəaliyyətini deyil, daha çox müştərinin fəaliyyətini əks 
etdirdikdə); 

yüksək dövriyyəni xarakterizə edən maddələr üzrə pul daxilolmaları 
və ödənişləri (iri məbləğlərlə və qısamüddətli ödənişlərlə), məsələn: 
-
bank depoziti üzrə akseptləşdirmə (ödəniş); 
-
daşınmaz obyektin mülkiyyətçisi adından toplanılan icarə haqqı; 
-
investisiya qoyan şirkətlər tərəfindən müştərilər üçün nəzərdə tutulan 
maliyyə vəsaiti. 
Əməliyyat fəaliyyəti nəticəsində pul vəsaitlərinin artımını, yaxud azal-
masını hesablamaq üçün aşağıdakı əməliyyatları həyata keçirmək zəruridir: 

pul axınlarının qiymətləndirilməsi metodundan asılı olaraq, dövriyyə 
aktivlərini və qısamüddətli öhdəlikləri (passivləri) hesablamaq. Dövriyyə 
aktivlərinin maddələrinə düzəliş edildikdə, həmin dövrdə onların artımını 
müəssisənin sərəncamında qalan xalis mənfəətdən çıxmaq, azalmasını isə 
həmin mənfəətin üzərinə gəlmək lazımdır. Qısamüddətli öhdəliklərə düzə-
lişlər edildikdə isə əksinə, onların artımı xalis mənfəətin üzərinə gəlinmə-
lidir. Belə ki, bu məbləğ pul vəsaitlərinin azalması deyildir. Həmin öhdə-
liklərin azalması isə xalis mənfəətdən çıxılır; 

xalis mənfəəti pul vəsaitlərinin ödənişini tələb etməyən xərclərə 
düzəliş etməli. Bunun üçün dövr ərzində xərclərin məlumatlarıını (əsas və-
saitlərin və qeyri-maddi aktivlərin amortizasiyası) xalis mənfəətə əlavə 
etmək lazımdır; 

dövriyyədənkənar aktivlərin və emitentlərin qiymətli kağızlarının 
satışından maliyyə nəticələrinə aid edilən və əsas fəaliyyətdən alınmayan 
mənfəət və zərərlərin təsirini istisna etmək. Mənfəət və zərərlər haqqında 
hesabatda xalis mənfəət hesablandıqda, həmin əməliyyatların təsiri təkrarən 
hesaba daxil edilməmək üçün aşağıdakı qaydada düzəliş edilir: həmin 
əməliyyatlardan alınan zərərləri xalis mənfəətə əlavə etmək, xərcləri isə 
xalis mənfəətin məbləğindən çıxılmalı olan gəlirlərə aid etmək lazımdır. 
Beləliklə, başlıca etibarsız amil əsas vəsaitlərin və qeyri-maddi aktiv-
lərin amortizasiyası hesab olunur. Mühasibat müxabirləşmələrində amor-



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin