Müqayisəlilik
–
informasiyaların keyfiyyətini xarakterizə edir. Daha
konkret desək, müqayisəlilik onun istifadəçilərinə imkan verir ki, iqtisadi
Maliyyə hesabatı
110
hadisələrin iki dəsti arasındakı oxşar və fərqli cəhətləri müəyyənləşdirə
bilsinlər.
İnformasiyaların keyfiyyəti nöqteyi-nəzərindən müqayisəlilik prinsipi-
nin tətbiqinin nəticəsinə görə hesabatın istifadəçilərinə müəssisənin uçot
siysəti, ondakı dəyişikliklər və bu dəyişikliklərdən alınan effekt haqqında
məlumat verilir.
Maliyyə hesabatlarının beynəlxalq və milli standartları təbii şəkildə
müxtəlif müəssisələrin nəticələrinin müqayisəliliyini yaxşılaşdırır. MHBS
hamı tərəfindən qəbul edilən və anlaşılan mühasibat «dilinə» çevrilmək-
dədir.
Bununla yanaşı, hesabatların müqayisəliliyinə cəhd göstərmək heç bir
halda özbaşına həyata keçirilməməli və verilən informasiyaların keyfiyyə-
tinin yaxşılaşdırılmasına əngəl törətməməlidir.
Müqayisəlilikdən fərqli olaraq
ardıcıllıq
tətbiq olunan uçot siyasətinin
dəyişilməz qalmasını xarakterizə edir. Müəssisənin uçot siyasəti nə qədər
ardıcıl olarsa, onun hesabatı daha faydalı ola bilər.
«Maliyyə hesabatının təqdimatı üzrə» MMUS 1-in tələblərinə uyğun
olaraq maliyyə hesabatlarının obyektlərinin təqdimatı və təsnifatı dövrdən
dövrədək dəyişilməz olmalıdır (biznesin xarakterinin xeyli dəyişikliyə
uğradığı hallar istisna olmaqla).
Beləliklə, əgər maliyyə hesabatlarının daha çox etibarlılığına şərait
yaradan yeni uçot prinsiplərindən istifadə imkanları olarsa, müəssisənin uçot
siyasəti yeni yanaşmalar əsasında dəyişikliyə uğraya bilər.
7.2.
Uçot siyasətində dəyişikliklər
Müəssisə uçot siyasətini yalnız aşağıdakı hallarda dəyişə bilər:
Milli Mühasibat Uçotu Standartı bunu tələb etdikdə;
uçot siyasətinin dəyişdirilməsi maliyyə hesabatlarında əməliyyat-
ların, digər hadisə və şərtlərin müəssisənin maliyyə vəziyyətinə, maliyyə
nəticələrinə və pul vəsaitlərinin hərəkətinə təsiri haqqında etibarlı və daha
uyğun məlumatların təmin edilməsi ilə nəticələndikdə.
Müəssisənin əvvəlki dövrlərdə həyata keçirdiyi əməliyyatlardan
mahiyyət etibarı ilə fərqli olan əməliyyatlara yeni uçot siyasətini tətbiq
etməsi müəssisənin uçot siyasətinin dəyişməsinə dəlalət etmir.
|