Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə103/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
115 
7.4.
 
Uçot qiymətlərində dəyişikliklər
Maliyyə hesabatını tərtib edən zaman mühasib daima aşağıdakı müx-
təlif əmsallar və göstəricilərlə üz-üzə gəlməli olur: 

aktivlərin faydalı istifadə müddətinə qiymət verilməsi; 

ləğv etmə dəyəri; 

yığılıb qalan debitor borcları;

zəmanətli xərclər; 

pensiya xərcləri və i.a. 
Bu qəbildən olan gələcək hadisələr və şərtlər birmənalı və dəqiq 
şəkildə müəyyənləşdirilə bilməz. Müvafiq surətdə uçot qiymətlərində dəyi-
şikliklər qaçılmaz hadisələrdən biridir. 
11

-li MMUS-a uyğun olaraq, dəyişiklikləri əks etdirmək üçün cari 
və perspektiv yanaşmalara yol verilir. 
Uçot qiymətlərində dəyişikliklərin nəticəsi xalis mənfəətin, yaxud 
zərərin hesablanmasına aşağıdakı dövrlərdə daxil edilməlidir: 

dəyişikliyin baş verdiyi vaxt (əgər, dəyişiklik həmin dövrə təsir 
göstərirsə); 

dəyişikliyin nə zaman baş verməsi və gələcək dövrlər (əgər 
dəyişiklik onların hər birinə təsir göstərirsə). 
Uçot qiymətlərində dəyişikliklərə misal olaraq şübhəli borcların, 
amortizasiya olunan aktivlərin faydalı istifadə müddətlərinin dəyişilməsi, 
köhnəlmiş ehtiyatların qiymətlərinin dəyişilməsi göstərilə bilər. 
Uçot siyasətində baş verən dəyişiklikləri uçot qiymətlərində baş verən 
dəyişikliklərdən fərqləndirmək kifayət qədər çətin və mürəkkəbdir. Belə 
hallarda dəyişiklik uçot qiymətlərində baş verən dəyişiklik kimi traktovka 
olunur və müvafiq informasiyalar açıqlanır. Məsələn, əsas vəsaitlərin 
amortizasiyası metodundakı dəyişiklik özlüyündə iqtisadi səmərə alınması 
sxeminin yenidən nəzərdən keçirilməsi kimi başa düşülməlidir. Bu, mahiy-
yətcə qiymətləndirmə deməkdir. Uçot siyasətinin nəzəri cəhətdən dəyişik-
liyə uğraması aktivlərin amortizasiyasının olmamasından onlardan faydalı 
istifadə müddəti ərzində amortizasiya hesablanmasına keçilməsi demək 
olardı (bu qaydanı MHBS qadağan edir). 
Əgər müəssisə amortizasiya olunan yeni uzunmüddətli aktivləri satın 
almaqla onların dəyərinin maliyyə nəticələrinə (amortizasiya metodları) 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin