Maliyyə hesabatı 116
keçirilməsi haqqında qərar qəbul edirsə və bu zaman əvvəllər əldə olunan
aktivlərin analoji qrupları köhnə metodla amortizasiya olunmaqda davam
edirsə, bu hal uçot siyasətində dəyişiklik kimi xarakterizə olunur. Lakin belə
situasiyalarda retrospektiv yanaşmanın tətbiqi vacib deyildir. Həmin qərarın
maliyyə nəticələrinə təsiri hesabata əlavələrdə kifayət qədər ətraflı
açıqlanmışdır. Əgər amortizasiya metodlarında dəyişiklik haqqında qərar
amortizasiya olunan bütün uzunmüddətli aktivlərə şamil edilirsə, onda belə
bir dəyişiklik uçot siyasətindəki dəyişiklik kimi qeydə alınmalıdır. Eyni
zamanda «Torpaq, tikili və avadanlıqlar üzrə» 7
№
-li Standartda və «Qeyri-
maddi aktivlər üzrə» 12
№
-li Standartda belə dəyişikliklər uçot siyasətində
deyil, uçot qiymətlərində dəyişikliklər kimi təsnifləşdirilir.
Uçot qiymətlərindəki dəyişikliklərin nəticələri mənfəət və zərərlər
haqqında hesabatın həmin təsnifat maddələrinə də daxil edilməlidir.
Hesabata əlavələrdə aşağıdakı informasiyaların açıqlanması tələb olunur:
cari dövrdə əhəmiyyətli təsir göstərən, yaxud sonrakı dövrlərdə
əhəmiyyətli təsir göstərməsi gözlənilən uçot qiymətlərindəki dəyişikliklərin
xarakteri və kəmiyyəti;
miqdarca qiymətləndirmənin həyata keçirilməsinin praktik olaraq
qeyri-mümkünlüyü.
Daxili nəzarətin effektiv sisteminə, uçot işçilərinin və rəhbərlərin
yüksək peşəkarlığına və məsuliyyətinə baxmayaraq, səhvlərin miqdarını
əhəmiyyətli dərəcədə azaltmaq olar, lakin onların təzahürünü tamamilə
aradan qaldırmaq çox çətindir. Nəticədə, xüsusən də əvvəlki dövrlərdə mey-
dana çıxan maddi səhvlərin düzəldilməsinin uçotu metodlarının standart-
laşdırılması zərurəti yaranmışdır. Səhvlərin düzəldilməsinin uçotuna xüsusi
olaraq yanaşmanın tətbiqini zəruri edən başlıca meyar onun maddiliyində-
dir. Belə bir maddiliyə görə hər bir səhv, yaxud bütövlükdə səhvlərin məc-
musu ayrılıqda qiymətləndirilməlidir.
Əgər belə səhvlər maddiliyə uyğun gəlmirsə, başqa sözlə, maliyyə
hesabatlarına əhəmiyyətli təsir göstərə bilmirsə, onda bu səhvlər cari ilin
mənfəət və zərərlər haqqında hesabatında düzəlişə məruz qalmalıdır. Əv-
vəlki dövrlərin səhvləri düzəldildikdə, səhvlərin aşkar olunduğu əvvəlki
dövrlərdə verilən məbləğlər yenidən hesablanmalıdır.
Əgər səhvlər daha əvvəlki dövrlərə aiddirsə, həmin dövrlərin aktiv-
lərinin, öhdəliklərinin və kapitalının ilkin saldoları yenidən hesablanılır.