Sifariz Səbzəliyev 125
Əvvəla, konsolidə edilmiş hesabat adi hesabatdan onunla fərqlənir ki,
o hüquqi cəhətdən müstəqil sayılan müəssisənin hesabatı deyildir. Onun
məqsədi vergidə cəlbolunan mənfəəti müəyyənləşdirmək deyil, yalnız kor-
porativ ailənin fəaliyyəti haqqında ümumi təsəvvür yaratmaqdan ibarətdir.
İkincisi isə konsolidasiya dedikdə, şirkətin və yaxud qrupun maliyyə
hesabatlarının eyni adlı maddələrinin cadəcə olaraq cəmlənməsini başa düş-
mək düzgün olmazdı. Korporativ ailənin üzvləri arasındakı sövdələşmələr
konsolidə edilmiş hesabatlara daxil olmur. Burada yalnız aktivlər və öhdə-
liklər, habelə üçüncü şəxslərlə bağlı əməliyyatlardan alınan gəlir və xərclər
göstərilir. Korporasiyadaxili hər hansı bir maliyyə-təsərrüfat əməliyyatı
konsolidasiya prosesinə daxil edilmir. Dünyanın ən nüfuzlu təşkilatlarından
sayılan MHBS Komitəsi həmin problemlə bağlı baş standart hazırlamışdır.
Digər nizamlayıcı sənədlər kimi, bu standartlar da tövsiyə xarakteri daşıyır
və hüquqi cəhtdən icrası məcburi sayılmır. Bu sahədə Avropa İttifaqı
çərçivəsində də xeyli iş görülmüşdür. 1983-cü ildə İttifaq tərəfindən
“Uçot və konsolidasiya edilmiş hesabat” adlı məşhur Yeddinci Direktiv
hazırlanmış və qəbul edilmişdir. Maliyyə hesabatlarının konsolidasiyası ide-
yasının təşəkkül tapması tarixində adı çəkilən Yeddinci Direkrivin özü-
nəməxsus yeri vardır.
Yeddinci Direktiv konsolidə edilmiş hesabatın tərkibini belə müəy-
yənləşdirmişdir: balans, maliyyə nəticələri haqqında hesabat, müxtəlif mad-
dələrə dair qeydlər və analitik açıqlamalar. Bu sənədlər konsolidə edilmiş
hesabat şəklində rəsmiyyətə salınmalıdır. Yeddinci Direktivə əsasən yerli
icra hakimiyyəti orqanları onların ərazisində yerləşən ana şirkətdən kon-
solidə edilmiş hesabat tələb etmək hüququna malikdirlər.
8.2. Konsolidə edilmiş hesabatın qarşısında duran vəzifələr və