Maliyyə hesabatı
126
Uçot və hesabatın təşəkkül tapmasının mütərəqqi metodlarından
praktikada istifadə olunması
Nəhəng korporativ qrupların fəaliyyətinə dövlət orqanları tərəfindən
nəzarətin həyata keçirilməsi.
Beynəlxalq praktikada istifadə olunan aşağıdakı
dörd metodun
köməyilə holdinq şirkəti asılı şirkətlərin mühasibat sənədlərini konsolidə
edilmiş hesabata daxil edə bilər:
1.
Satınalma
,
yaxud qovuşma metodu
. Qovuşma asılı şirkətlərin
aktivlərinin və passivlərinin birləşdirilməsi yolu ilə həyata keçirilir. Onun
real dəyyəri ilə əsas kapitalının dəyəri arasındakı fərq “Qudvil” adlanır.
2.
Mənafelərin birləşməsi
və yaxud uçotun qovuşması metodu
. Bu
metodun tətbiqinə o zaman icazə verilir ki, acıq
səhmdar cəmiyyətinin
səhmlərinin ən azı 90 faizi satın alan cəmiyyətin əlinə keçmiş olsun.
3.
Öhdəliklər çıxılmaqla, kapitalın xalis dəyərinin uçotu metodu
.
Bu metoddan istifadə olunduqda qrupun maliyyə hesabatında
şirkətə
qoyulan investisiyalar ayrıca sətirdə göstərilməlidir.
4.
“Proporsional metod”
o deməkdir ki, qrupun uçot sənədlərinə mad-
dələrin dəyərinin yalnız proporsional hissəsi daxil edilir.
Konsolidə edilmiş hesabatın tərtib olunması texnikası səhmlərin
nəzarət paketinin əldə olunması metodundan asılıdır.
Beynəlxalq Standart-
lara görə iki metod tövsiyə olunur:
Kapitalların birləşdirilməsi (
Polinq of intereqts
);
Səhm paketlərinin satın alınması (
Pueshasinq
).
Qeyd olunan metodların əsas fərqləri aşağıdakı
cədvəldə verilmişdir
(cədvəl 8.1):
Birinci halda övlad şirkətin səhmdarları öz səhmlərini ana şirkətin
səhmlərinə
mübadilə etməklə, sanki onun səhmdarlarına çevrilir;
ikinci
halda onlar özlərinin səhmlərini satır. Nəticədə nə ana, nə də övlad şirkətin
səhmdarı olmur. Kapitalların birləşdirilməsi metodu müəyyən üstünlüyə
malikdir, çünki o, daha sadədir və aktivlərin cari
qiymətlərlə yenidən qiy-
mətləndirilməsini tələb etmir.
Azərbaycanda yuxarıda nəzərdən keçirdiyimiz metodların tətbiqi,
hələlik öz həllini tapmamışdır.
Dostları ilə paylaş: