Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə111/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
124 
Özünün tərkibində övlad müəssisə və asılı təşkilatlar olan ana müəs-
sisə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatını qanunvericilikdə 
nəzərdə tutulan müddətdə və qaydada təqdim etməlidir.
Beynəlxalq praktikada qəbul edilmiş uçot və hesabat sisteminə müva-
fiq surətdə müəssisələr özlərinin maliyyə hesabatlarına filialların, nümayən-
dəliklərin və digər bölmələrin fəaliyyətlərinin göstəricilərini də daxil etmə-
lidirlər. Qaydaya görə övlad müəssisələrə və tabelikdə olan cəmiyyətlərə 
malik olan müəssisələrdə konsolidə edilmiş maliyyə hesabatlarını tərtib 
etmək praktikası uzun illərdir mövcuddur və bu respublikanın uçot prak-
tikasında yenilik sayıla bilməz. Lakin bazar iqtisadiyyatı şəraitində konso-
lidə edilmiş hesabatların tərtibi, təsdiqi və təqdimi ilə əlaqədar bir sıra ciddi 
problemlərə hələ də rast gəlinir. Məsələ burasındadır ki, müxtəlif hesabat 
göstəricilərinin sadə qaydada cəmlənməsi, necə bir bütöv vahid kimi, 
müəssisələr qrupunun əmlak və maliyyə vəziyyətləri haqqında real mənzərə 
yarada bilmir. 
Eyni zamanda övlad müəssisə və asılı cəmiyyətlərin göstəricilərinin 
ana müəssisənin konsolidə edilmiş hesabatlarına daxil edilməsi metodikası 
haqqında hər hansı bir elmi araşdırmalar nisbətən zəif aparılır. Bu barədə 
respublikada 19№-li Standartdan başqa, hər hansı bir normativ baza yox 
dərəcəsindədir. 
“Müəssisələr qrupu” termini də bizim respublikamızda 2007-ci ildən 
tətbiq edilir. Əslində qrup vətəndaş dövranının müstəqil iştirakçısı və 
hüquqi şəxs sayılmır. Onun xüsusi idarəetmə orqanı yoxdur və vergiyə cəlb-
olunmanın subyekti hesab edilmir. Qrup tərəfindən həyata keçirilən hər 
hansı bir hərəkət iştirakçılar vasitəsilə həyata keçirilir. Qrupun hər bir üzvü 
hüquqi cəhətdən müstəqildir. Bu mənada həmin qrup tərəfindən tərtib 
edilmiş hesabat hər hansı bir hüquqi əhəmiyyət daşımır. 
Bir tərəfdən baş təşkilat, digər tərəfdən isə övlad və asılı cəmiyyətlər 
qrupun üzvləri sayılır. Öz növbəsində baş təşkilat, övlad cəmiyyətlərə mü-
nasibətdə əsas cəmiyyət kimi, asılı cəmiyyətlərə münasibətdə isə müəyyən 
üstünlüyə malik olan subyekt kimi çıxış edir. 
Hüquqi şəxsin hesabatından fərqli olaraq, konsolidə edilən hesabat 
investorlara, onların qoyduqları investisiyalardan səmərəli istifadə olunma-
sına nəzarəti həyata keçirməyə şərait yaradır ki, bu da konsolidə edilmiş 
hesabatların ən böyük üstünlüyüdür. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin