Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə109/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

 
 


Sifariz Səbzəliyev
 
121 
III BÖLMƏ. MALİYYƏ HESABATININ TƏTBİQİ 
FORMALARI 
 
 
BU BÖLMƏDƏ: 
VIII Fəsil. Birləşdirilmiş (konsolidə 
edilmiş) maliyyə hesabatları 
 
IX Fəsil. Təşkilatların birgə fəaliyyəti 
haqqında maliyyə hesabatı 
 
X Fəsil. Aralıq maliyyə hesabatları 
 
XI Fəsil. Hiperinflyasiya şəraitində 
maliyyə hesabatları 
 
XII Fəsil. Əməliyyat seqmentləri üzrə 
hesabat 
 
 
 


Maliyyə hesabatı
122 
VIII FƏSİL. BİRLƏŞDİRİLMİŞ (KONSOLİDƏ EDİLMİŞ) 
MALİYYƏ HESABATLARI 
8.1.Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təyi-
natı, məqsədi və tətbiq olunma sahəsi 
8.2. Konsolidə edilmiş hesabatın qarşısında duran vəzifələr və 
onun tərtibi texnikası 
8.3. Əsas (ana) müəssisə, övlad müəssisə və asılı cəmiyyətlər anla-
yışı və onlara nəzarətin növləri 
8.4. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı və onun 
tərtibi proseduraları 
8.5. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının hazır-
lanması prinsipləri 
8.6. Birləşdirilmiş (konsolidə edilmiş) mühasibat balansının, mən-
fəət və zərərlər haqqında hesabatın strukturu 
8.7. Xarici övlad müəssisələrin birləşdirilmiş (konsolidə edilmiş) 
maliyyə hesabatının xüsusiyyətləti 
8.1. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təyinatı, 
məqsədi və tətbiq olunma sahəsi 
 
“Təşkilatların maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) 
maliyyə hesabatları üzrə” kommersiya təşkilatları üçün 19№-li Milli 
Mühasibat Uçotu Standartı Respublika Maliyyə Nazirliyinin 19 dekabr 
2007-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Bu Standart “Konsolidə edilmiş 
və fərdi maliyyə hesabatları” adlı 27№-li Mühasibat Uçotunun Beynəlxalq 
Standartı əsasında hazırlanmışdır. 
19№-li Standartın əsas məqsədi maliyyə hesabatlarını qrup adından 
təqdim edən müəssisələr tərəfindən tətbiq edilməli olan qaydaların müəyyən 
olunmasıdır. 
Standartda istifadə ediliş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları –müəssisələr 
qrupunun vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə 
hesabatlarıdır. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin