Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə107/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
119 
Əsas vəsaitlərin faydalı istifadəsinin qiymətləndirmə müddətinin də-
yişilməsi hesabat və sonrakı dövrlərin mənfəət və zərər göstəricilərinə təsir 
göstərir. 
Əgər dəyişiklik qiymətləndirmənin əsasına toxunursa bu hesablama 
qiymətində deyil, uçot qiymətində dəyişiklik deməkdir. Belə halda uçot 
siyasətindəki, yaxud hesablama qiymətindəki dəyişikliyi bir-birindən fərq-
ləndirmək çox çətindir. Bütün hallarda dəyişiklik hesablama qiymətindəki 
dəyişiklik kimi təsnifləşdirilir. Uçot siyasətindəki dəyişikliklə hesablama 
qiymətindəki dəyişikliyin prinsipial fərqi bundadır ki, birinci retrospektiv, 
ikinci isə perspektiv qaydada tətbiq olunur. Əsas vəsaitlərin və qeyri-maddi 
aktivlərin uçotu ilə bağlı standartlar istisnalıq təşkil edir. 
Misal. 
Müəssisə, mülkiyyət hüququnda əsas vəsait obyektlərinə ma-
likdir. Əsas vəsaitlərin qiymətləndirilməsi onlar tanındıqdan sonra ilkin 
dəyərlə həyata keçirilmişdir. Hesabat dövründə müəssisə qymətin dəyişdiril-
məsi və yenidən qiymtləndirmə dəyəri üzrə metodun tətbiqi haqqında qərar 
qəbul etmişdir. Qəbul edilən qərar 11

-li «Uçot siyasəti, uçot qiymət-
lərində dəyişikliklər və səhvlər» adlı MMUS-a uyğun olaraq, uçot siya-
sətindəki dəyişiklik hesab olunmur. Bu qərar 7

-li «Torpaq, tikili və ava-
danlıqlar üzrə» adlı MMUS-a uyğun olaraq, yenidən qiymətləndirmə kimi 
nəzərə alınır.
Müəssisə maliyyə hesabatında uçot qiymətində baş vermiş dəyişiklik-
lərin xarakterini və məbləğini açıqlamalıdır. Eyni zamanda dəyişikliyin he-
sabat dövrünün və sonrakı dövrlərin göstəricilərinə təsiri də qeydə alınma-
lıdır (əgər belə bir təsir mövcuddursa). Dəyişikliyin təsirini qiymətlən-
dirmək mümkün olmazsa, onda müəssisə bu faktı hökmən göstərməlidir. 
Maliyyə hesabatının hazırlanması zamanı səhvlər müxtəlif səbəblər 
üzündən baş verə bilər (məsələn, riyazi hesablamalarda səhvlər, informa-
siyaların təhrif edlməsi, düşünülmüş şəkildə aldatmaq, diqqətsizlik və i.a.). 
Əgər maliyyə hesabatında əhəmiyyətli səhvlər, yaxud əhəmiyyətli 
olub-olmamasından asılı olmayaraq, düşünülmüş şəkildə yol verilən səhvlər 
olduqda, bu hesabat etibarlı sayıla bilməz və MHBS-na uyğun gəlmir. 
Əhəmiyyətli səhvlər dedikdə, istifadəçilər tərəfindən iqtisadi qərarla-
rın qəbuluna təsir göstərə bilən informasiyaların təhrif olunması başa 
düşülür. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin