Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə105/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
117 
Əgər yenidən hesablamaq mümkün deyildirsə, aktivlərin, öhdəliklərin və 
kapitalın ilkin saldolarını ən əvvəlki dövrlərə görə yenidən hesablamaq 
lazımdır. Bu zaman retrospektiv yenidən hesablamaq imkanları da nəzərdən 
keçirilməlidir. 
Cari və gələcək dövrlərə təsir göstərən səhvləri onların aşkara çıxa-
rıldığı dövrlərdə düzəliş etmək tələb olunur. Bu hadisələr haqqında infor-
masiyaların hesabatda açıqlanmasına ehtiyac yoxdur. 
Səhvlər və uçot qiymətləri arasındakı əsas fərq informasiyaların möv
-
cudluğu və onlara girişlə əlaqədardır. Belə ki, qiymətləndirmə dəqiqləşdir-
mə və düzəliş tələb edir. O, özünün mahiyyətinə görə informasiyaların qey-
ri-müəyyənliyi və çatışmaması əsasında qurulmuşdur. Nisbətən gec verilən 
məlumatlar ya özünün təsdiqini tapır, ya da verilən qiyməti rədd edir. Məhz 
buna görə də bütün ziddiyyətlər düzəlişə məruz qalmalıdır. Səhvlər isə 
əksinə, hesabatın tərtib olunduğu tarixə mövcud olan informasiyalardan 
düzgün istifadə olunmaması ilə nəticələnir. Gələcəkdə həmin səhvlərin ara-
dan qaldırılması heç bir vəhclə yeni informasiyaların alınması ilə əlaqədar 
deyildir. 
Hesabata əlavələrdə aşağıdakı informasiyaların açıqlanması nəzərdə 
tutulur: 

əvvəlki dövrlərə görə səhvlərin xarakteri; 

verilmiş hər bir dövrə görə düzəlişlərin kəmiyyəti; 

ən əvvəlki dövrlərdə verilən düzəlişlərin kəmiyyəti. 
Əgər, tam yenidən hesablama qeyri-mümkündürsə, onun səbəbləri 
açıqlanmalı və izahı verilməlidir. 
Müəssisə yeni, yaxud düzəliş aparılan standartı tətbiq edirsə, bu xü-
susi situasiya hesab olunur. Baxmayaraq ki, belə hallar uçot siyasətində baş 
verir, onlar əslində uçotun əsaslarının dəyişdirilməsi kateqoriyasına aiddir. 
Standart təsdiq olunduqda uçot siyasətindəki dəyişikliklər belə həyata 
keçirilməlidir: 

keçid təlimatlarının qaydalarına uyğun olaraq retrospektiv, yaxud 
perspektiv yanaşma tələb oluna bilər; 

keçid təlimatı olmadıqda retrospektiv yanaşmanın tətbiqi ilə. 
Düzəlişlər müəssisənin mövcud olduğu tarixdən beynəlxalq, yaxud 
milli standartların tətbiqindən alınan effekti əks etdirməlidir. Bu zaman hər 
hansı bir standartın qüvvəyə minməsinin konkret tarixini nəzərə almağa 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin