Maliyyə hesabatı 120
Əgər səhvlər cari dövrdə aşkara çıxarılmışdırsa, onlar maliyyə hesa-
batı təsdiq və təqdim edilənədək düzəlişə məruz qalmalıdır. Əhəmiyyətli
səhvlər sonrakı dövrlərdə aşkarlandıqda, onlar birinci maliyyə hesabatında
retrospektiv qaydada düzəldilməlidir. Birinci maliyyə hesabatı səhvlər dü-
zəldiləndən sonra buraxılır. Bu halda retrospektiv yenidən hesablama həyata
keçirilir.
7.5. Retrospektiv qaydada yenidən təqdim etməyə qoyulan məhdudiyyətlər Əvvəlki hesabat dövrünün səhvi, onun konkret dövr üzrə təsirinin və
ya ümumi təsirinin müəyyənləşdirilməsi qeyri-mümkün olduğu hallar
istisna olmaqla, retrospektiv şəkildə yenidən hesablanaraq düzəldilməlidir.
Təqdim edilmiş bir və ya bir neçə keçmiş dövrə aid müqayisəli məlu-
matlara səhvin konkret dövr üzrə təsirini müəyyən etmək mümkün
olmadıqda, müəssisə retrospektiv qaydada yenidən təqdim etmənin mümkün
olduğu ən erkən hesabat dövrünün əvvəlinə olan (bu cari hesabat dövrü də
ola bilər) aktivlərin, öhdəliklərin və kapitalın qalıqlarını yenidən hesablayıb
təqdim etməlidir.
Cari hesabat dövrünün əvvəlində səhvin bütün əvvəlki hesabat dövr-
lərinə ümumi təsirinin müəyyənləşdirilməsi mümkün olmadıqda, müəssisə
səhvi perspektiv qaydada düzəltmək məqsədilə mümkün olan ən erkən he-
sabat dövründən etibarən müqayisəli məlumatları yenidən təqdim etməlidir.
Səhvin aşkar edildiyi hesabat dövrünün mənfəət və zərərlər haqqında
hesabatında əvvəki hesabat dövrünün səhvinin düzəldilməsinə yol verilmir.
Əvvəlki hesabat dövrləri haqqında təqdim edilmiş hər hansı məlumatlar,
maliyyə rəqəmləri haqqında məlumatlar daxil olmaqla mümkün qədər uzaq
keçmişə aid olan hesabat dövrü üzrə yenidən təqdim edilməlidir.
Bütün əvvəlki hesabat dövrləri üzrə səhvin məbləğini müəyyənləş-
dirmək mümkün olmadıqda, müəssisə mümkün olan ən erkən hesabat döv-
ründən etibarən müqayisəli məlumatları perspektiv qaydada yenidən təqdim
etməlidir.
Səhvlərin düzəldilməsi uçot qiymətlərində baş verən dəyişikliklərdən
fərqlənir. Uçot qiymətləri öz mahiyyətinə görə əlavə informasiya əldə
olunduqda yoxlanılması tələb olunan təxmini qiymətlərdir.