Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə110/198
tarix07.10.2023
ölçüsü5,15 Kb.
#152802
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
123 
İlkin dəyər metodu – investisiya qoyuluşunun ilkin dəyəri ilə tanındığı 
uçot metodudur. İnvestor kapital qoyuluşu üzrə gəliri alış tarixindən sonra 
investisiya obyektinin yığılmış mənfəətindən əldə olunan ayırmalar həc-
mində tanıyır. Bu mənfəətdən artıq ayrılmış ayırmalar kapital qoyuluşlarının 
bərpa edilməsi hesab olunur və investisiyanın ilkin dəyərinin azalması kimi 
tanınır. 
Qrup - əsas müəssisə və onun bütün törəmə müəssisələridir. 
Fərdi maliyyə hesabatları - əsas müəssisə, asılı müəssisənin investoru 
və ya birgə nəzarət olunan müəssisənin sahibkarı tərəfindən təqdim edilən 
və investisiyaların investisiya obyektinin hesabatlarında təqdim edilən 
nəticələr və xalis aktivlər əsasında deyil, birbaşa iştirak payı əsasında uçota 
alınan maliyyə hesabatlarıdır. 
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları fəaliyyətin aşa-
ğıdakı növləri üzrə tərtib edilir: 

sənaye müəssisələrinin əsas fəaliyyəti; 

tikinti, quraşdırma, təmir-tikinti, qazma, lahiyə və axtarış təşkilat-
larının əsas fəaliyyəti; 

geoloji təşkilatların və topoqrafiya-geodeziya təşkilatlarının əsas 
fəaliyyəti; 

elmi təşkilatların əsas fəaliyyəti; 

maddi-texniki təchizat və satış üzrə təşkilatların əsas fəaliyyəti; 

ticarət və ictimai iaşə təşkilatlarının əsas fəaliyyəti; 

kənd təsərrüfatı məhsullarının istehsalı üzrə təşkilatların əsas fəa-
liyyəti; 

hesablama mərkəzlərinin və informasiya hesablama xidmətinin əsas 
fəaliyyəti; 

nəqliyyat təşkilatlarının əsas fəaliyyəti; 

avtomobil yollarının təmiri və saxlanılması üzrə təşkilatların əsas 
fəaliyyəti; 

mənzil-məişət təsərrüfatı təşkilatlarının əsas fəaliyyəti; 

xarıcı iqtisadi təşkilatların əsas fəaliyyəti. 
Sahə nazirlikləri və digər icra orqanları bu siyahını fəaliyyətin digər 
növləri üzrə də genişləndirmək hüququna malikdirlər. 



Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin