117
Karyera mövqelərinə iş yeri, iş və həyatın digər aspektləri
arasında olan qarşılıqlı əlaqə aid edilir. Karyera mövqeləri insan
həyatının ilkin mərhələlərində, yəni o,
əmək fəaliyyətinə
qoşulmamışdan əvvəl formalaşmağa başlıyır və şəxsin bütün
həyatı boyu formalaşmaqda davam edir.
Fərdi olaraq karyeraya
uyğunluğun əksi unikal bir
prosesdir ki, insan onun vasitəsilə cəmiyyətdə öz yerini qiymət-
ləndirir. Bu proses heç də həmişə karyera ilə bağlı olmur. Bəzi
şəxslərin həyatının ən mühüm hissəsini ailə,
digərilərinin isə iş
və ya ictimai fəaliyyət təşkil edir.
Karyeraya uyğunlaşma - insanın fəaliyyət sahəsini dəyişə
bilmək qabiliyyəti və hazırlığıdır. Uyğunlaşma, vəzifə irəliləyişi-
nə nail olmaq istəyənlər üçün xüsusilə vacibdir.
Karyerada şərti olaraq bir neçə mərhələni ayırmaq
mümkündür:
1- Hazırlıq (18-22 yaş)
2- Uyğunlaşma (23-30 yaş)
3- Stabilləşmə (30-40 yaş)
4- ….. (40-50 yaş)
5- Yetkinlik mərhələsi ( 50-60 yaş)
6- Yekun mərhələ (60 yaşdan sonra)
Karyeranın formalaşma və inkişafı
insandan böyük fiziki
və mənəvi səylər tələb edir, bu da çox vaxt stresin yaranmasına
səbəb olur.
İnsanın təşkilata daxil olması, müxtəlif növ tapşırıqların
icrası, fərqli yeniliklərə uyğunlaşma bir çox hallarda stress
vəziyyəti ilə müşayiət olunur.
“Stress” anlayışı fiziologiyada
orqanizmin əlverişsiz
təsirlərə reaksiyasını bildirmək üçün meydana gəlmişdi. Kanada-
lı bioloq Hans Selye (1907-1982) adaptasion sindroma əsas-
lanaraq stress barədə nəzəriyyə işləyib hazırlamışdır. Bu nəzəriy-
yəyə əsasən stress insan orqanizminin reaksiyalarının məc-
musudur ki, onlar onun bütün resurslarının mövcud olma şəraiti-
nə uyğunlaşmasını təmin edir.