Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə1/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   73



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
 
 
 
 
 
 
i.e.n.,b.m., N.F.Axundova 
 
 
 
 
 
 
TƏŞKİLATİ 
 DAVRANIŞ 
 
Dərs vəsaiti 
 
 
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 14.05. 2014-cü il tarixli
586 saylı əmri ilə təsdiq edilmişdir 
 
 
 
 
 
 
 
 
Bakı - 2014 



 
 
Elmi redaktor: i.e.d., prof. K.A.Şahbazov 
Rəyçilər: i.e.d., prof A.R.Babayev 
i.e.d., prof A.H.Səmədov 
i.e.n., dos. A.A.Ələsgərova 
Axundova N.F. Təşkilati davranış. Dərs vəsaiti. Bakı: 
“İqtisad Universiteti” Nəşriyyatı – 2014.- 132 səh. 
Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə 
edir. Vəsaitdə insan davranışı və təşkilatın idarə edilməsinin 
nəzəriyyə və metodları nəzərdən keçirilir, insanın əmək şəraitin-
də davranışına dair olan suallar analiz edilir. Vəsait ali tədris 
ocaqlarının tələbələri, menecment sahəsində fəaliyyət göstərən 
rəhbər və mütəxəssislər, həmçinin təşkilati davranışı öyrənən 
şəxslər üçün nəzərdə tutulub. 
©Axundova N.F. – 2014 
©İqtisad Universiteti - 2014 



Giriş 
Müasir dünyada baş verən proseslər- ətraf mühitin dəyişil-
məsi, iqtisadiyyatın beynəlmiləlləşməsi, ikinci nəsil informasiya 
texnologiyalarının tətbiqi, istehlakçıya əsaslanaraq keyfiyyətin 
idarə edilməsi, işçilərin müxtəlifliyinin tanınması və onların 
idarə edilməsi idarəçilik paradiqmasının dəyişilməsinə səbəb 
olub. Yeni yanaşma təşkilatda şəxsiyyətin birinciliyini tanıyır. 
İşə gəlmiş individ öz davranışına dair bir sıra məhdudiyyətləri 
qəbul edir. Bu məhdudiyyətlər təşkilatın normaları, korporativ 
davranış kodeksi tərəfindən diktə edilir. XX əsrdə işə götürən 
şəxs əməkdaşlarla mənəvi müqavilə imzalayırdı. Bu müqaviləyə 
görə, təlimatların yerinə yetirilməsi və təşkilata sədaqət 
göstərilməsi müqabilində işçi məşğulluq, karyera inkişafı, maddi 
mükafatlandırılmaya dair qarantiyalar əldə edirdi. 
Müasir dövrdə işə götürən şəxs üçün işçinin biliyi, onun 
icraçılıq intizamından və instruksiyaları yerinə yetirmək hazırlı-
ğından daha vacibdir. Öyrənmək bacarığı hər şeydən daha çox 
qiymətləndirilməyə başlayır. Bunun nəticəsində işə götürən şəxs-
lər və işçilər arasında münasibətlər dəyişir. 
Təşkilati davranışın məğzi individlərin, qrupların, təşkilat-
ların davranışının sistematik, elmi analizindən ibarətdir. Bu za-
man əsas məqsəd xarici mühitin təsirini nəzərə almaqla təşkilatın 
və individin fəaliyyətini inkişaf etdirməkdir. Təşkilati davranış 
qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi və təşkilatın 
fəaliyyətinin effektivliyinin artırılması məqsədilə individlərin, 
qrupların davranışının öyrənilməsi və formalaşdırılmasını 
nəzərdə tutur. Təşkilati davranış çoxtərkibli nizama malikdir
belə ki, o digər nizamlardan (təşkilati nəzəriyyələr, psixologiya, 
sosial psixologiya, menecment, heyətin idarə edilməsi) götürül-
müş prinsip, metodlardan istifadə edir. Öz növbəsində təşkilati 
davranış idarəçilik nizamlarının bütöv kompleksinin öyrənilməsi 
üçün əsas rolunu oynayır. Təşkilati davranış qrup daxilindəki 



şəxsiyyətə, onun davranışına istiqamətlənir: qrup daxilində in-
sanlar, onların hissləri, yeniliklərin qəbulu, ətraf mühitə reaksiya. 
Təşkilat daxilində insan davranışının idarə edilməsi elm və 
incəsənətin vəhdətini özündə ehtiva edir. Bu nəzəri və praktiki 
fəaliyyət möhkəm elmi təmələ əsaslanır. İnsanların idarə edil-
məsi incəsənəti istənilən sahədə fəaliyyət göstərən təşkilatda 
inkişafın, keyfiyyətin yüksəldilməsinin, effektivliyin artırılma-
sının vacib şərtidir. 
Bu tədris vəsaitinin məqsədi təşkilati davranış sahəsində 
effektiv qərarlar qəbul etməyə qadir olan ixtisaslaşmış menecer-
lərin formalaşmasına yardım etməkdir. Bununla əlaqədar, vəsai-
tin əsas vəzifəsi mühüm nəzəri mövqelərin mənimsənilməsi və 
heyətin idarə edilməsilə bağlı praktik vərdişlərin işlənib 
hazırlanmasıdır. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin