Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə3/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73
 
İdarəetmə 
prosesləri 
- motivasiyalı 
idarəetmə 
strategiyaları
- kommun-i 
kasiyalar 
- qərarların qəbul 
edilməsi prosesi
- hakimiyyət, təsir
- liderlik 
- təşkilati 
dəyişikliklər 
Nəticələrin təza-
hüretmə sahələri 
- məhsuldarlıq 
- məmnuniyyət və 
münasibətlər 
- öhdəlik 
- fərdi 
maariflənmə 
- fiziki və psixoloji 
rifah 
TD tərkib hissəsi 
olan bloklar 
 
Təşkilatlar: 
- «ətraf mühit 
-struktur» nisbəti 
- mədəniyyət 
-təşkilati 
mədəniyyət
Fərdlər: 
- şəxsiyyət 
- münasibətlər 
- qavrama 
- karyera 
- motivasiya 
- stress 
Qruplar: 
- formalaşma 
- inkişaf 
- struktur 
- dinamika 
- münaqişə 



Fəaliyyətin son nəticələri, adətən, üç əsas meyara müvafiq 
olaraq təyin edilir: müəssisənin fəaliyyət göstəriciləri, işçilərin 
məmnunluq dərəcəsi və fərdi yüksəlmə, inkişaf. 
Təşkilati davranış sisteminin təməlini onun fəlsəfəsi təşkil 
edir. Bu fəlsəfə iki mənbəyə əsaslanır: faktiki şərait və dəyər 
şərtləri. 
Menecerlər təşkilati davranış sistemi ilə əlaqədar onun 
daha üç əsas elementinin - şəxsi baxış, missiya və məqsədlərin 
daxil edilməsinə görə məsuliyyət daşıyırlar. Fəlsəfi dəyərlər, 
şəxsi baxış, missiya və məqsədlər artan konkretlik iyerarxiyasını 
təşkil edirlər. Mədəniyyət formal təşkilatı əks edir. Buraya onun 
siyasəti, strukturu, prosedurları, xarici sosial və mədəni mühiti də 
daxildir. Qeyri-formal təşkilatı da nəzərə almaq lazımdır. Formal 
və qeyri-formal təşkilatlar, kompaniyanın müxtəlif elementlərini 
səmərəli, effektiv komanda şəklində birləşdirən bir «yapışqan» 
hesab edilə bilər. 
İdarəetmə fəaliyyəti bunu nəzərdə tutur ki, menecerlər, 
müəyyən rəhbərlik üslubunu əsas tutaraq, yüksəkkeyfiyyətli 
əmək fəaliyyətinə nail olmaqdan ötrü, özlərinin kommunikativ 
bacarıqlarından və qrup dinamika biliklərindən istifadə edirlər. 
Bu məsələnin müvəffəqiyyətli həlli, təşkilatın məqsədlərinə çat-
maq üçün, işçiləri lazımi dərəcədə motivasiya etməyə imkan 
verir. 
Səmərəli təşkilati davranış sistemi əməkdaşların yüksək sə-
viyyəli motivasiyasına imkan verir ki, bu da eyni zamanda, həm 
qarşıya qoyulan məqsədlərə çatmağa, həm də hər bir fərdin öz 
əməyindən razı qalmasına imkan yaradır. 
Təşkilati davranış modelləri - hər bir kompaniyanın mene-
cerlərinin hərəkətlərini müəyyən edən, rəhbərliyin təfəkküründə 
dominant olan inanc sistemidir. TD-nin ilk modelləri Duqlas 
Mak Qreqor və Aleksandr Maslov tərəfindən işlənib hazır-
lanmışdır. Əsas modellər aşağıdakı şəkildə göstərilib. 
Təqdim edilmiş modellər son 100 il ərzində idarəetməyə 
praktiki yanaşmaların təkamül sırasını yaradır. Aydındır ki, mo-



del statik ola bilməz. O, zamanın tələbinə uyğun olaraq, dəyiş-
məlidir. Model seçimi həm daxili amillərdən (fəlsəfə, baxış, 
məqsəd və missiya), həm də xarici mühit amillərinin təsirindən 
asılıdır. Modelin səmərəliliyi əksər hallarda konkret vəziyyətlə 
bağlıdır. 
Təşkilati davranış öz-özlüyündə çoxsaylı ideya və yanaş-
maları cəmləşdirən çox mürəkkəb sahə olsa da, onun ümumi mo-
delinin yaradılması üçün, koqnitiv və bixevioristik yanaşmalar-
dan, eləcə də sosial təlimə (social learning) əsaslanan nəzəri ele-
mentlərdən istifadə etmək olar. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin