Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə9/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   73
 
Şəkil 2.2
Mexanistik strukturun xarakteristikası: yüksək ixtisaslaşma 
dərəcəsi, dəqiq iyerarxiya, yüksək mərkəzləşmə, sərt departa-
mentləşmə. 
Adaptiv strukturun xarakteristikası: əks-mərkəzləşmə, yük-
sək idarəetmə normaları, çarpaz-funksional əmrlər. 
Mexanistik strukturlar bürokratik, yəni funksional və divi-
zional strukturlara əsaslanırlar. 
Funksional struktur - təşkilati sxemdir və burada oxşar sa-
hələrin mütəxəssisləri eyni qruplarda birləşirlər. 
Divizional struktur elə bir təşkilati strukturdur ki, buraya 
yarımavtonom biznes-vahidlər və ya bölmələr daxildir. Divizio-
nal strukturlar məhsul, region və istehlakçı üzrə bölünürlər. 
Bazar 
dominantası 
Orqanik 
dominanta 
Mexanistik 
dominanta 
Texnoloji 
dominanta 
Dəyişkənlik 
 
Dəyişkənlik 
Stabillik 
Texnoloji mühit 
B
az
ar
m
üh
it



19 
Adaptiv strukturlar - layihə və matritsa tipli olurlar. İdarə-
etmənin layihə strukturu - müvəqqəti strukturdur. O, konkret 
xarakterli kompleks məsələnin həlli üçün yaradılır (layihənin 
işlənib hazırlanması və reallaşdırılması). İdarəetmənin layihə 
strukturunun mahiyyəti - təyin olunmuş müddətdə, təyin edilmiş 
keyfiyyətlə və bu məqsədlər üçün ayrılmış maddi, maliyyə və 
əmək ehtiyatları çərçivəsində, mürəkkəb layihənin həyata keçi-
rilməsi üçün müxtəlif ixtisaslı ən peşəkar əməkdaşların bir 
komandada toplanmasından ibarətdir. 
Matritsa strukturu - əksər hallarda, layihə strukturunun bu 
şirkət üçün daimi olan xətti-funksional idarəetmə strukturu ilə 
üst-üstə düşməsi deməkdir. Bəzi hallarda belə struktur divizion 
strukturun tədricən modifikasiyası nəticəsində əmələ gəlir. O, 
funksional strukturun divizional struktur ilə üst-üstə düşməsi 
nəticəsində də meydana gələ bilər. 
Qeyd etmək lazımdır ki, bu zaman matritsa strukturlarına 
keçid, bir qayda olaraq, bütün şirkəti deyil, onun hər hansı bir 
hissəsini əhatə edir. Adətən, layihələr təkrarlananda, matritsa 
idarəetmə strukturlarından istifadə edirlər. Lakin onlar rutin 
səciyyəli struktur olmamalıdır. 
Tipindən asılı olmayaraq, hər bir təşkilat eyni toplumda 
yarımsistemlərə malikdir: istehsalat, ötürücü, izləyici (monitor-
rinq), nəzarətedici, idarəedici. 
Aşağıda mexanistik və orqanik təşkilatların xarakteristika-
ları verilib. 


20 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin