28
dən - mərhələyə deyil (şüurlu və şüursuz), həm də yetkin olma-
yan vəziyyətdən yetkin vəziyyətə qədər inkişaf edir. Ardjiris
iddia edir ki, insanlar öz işlərində təcrübə və özünə əminlik əldə
etdikcə, yetkinlik yaşına müvafiq olan parametrlərlə daxil ola
bilərlər (müxtəlif dərəcəli aktivlik, müstəqillik, davranış model-
lərinin müxtəlifliyi və s.).
Ardjiris iddia edir ki, təşkilatlar xüsusi olaraq yetkinliksiz-
liyin mükafatlandırılması və həvəsləndirilməsi, eyni zamanda
«yetkinliyin» cəzalandırılması üçün layihələşdiriliblər. Əgər bu,
həqiqətdirsə, əsas münaqişəni (uyğunsuzluq) yetkin şəxsiyyətin
tələblərinə malik olan insanlarla onların çalışdıqları formal
təşkilatların mahiyyəti arasında axtarmaq lazımdır.
Dostları ilə paylaş: