Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə20/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   73
bəb) atribusiyaya müvafiq olaraq, digər insanların davranışının 
fərd tərəfindən qavranması, onun nəyi həmin davranışın səbəbi 
hesab etməsindən əhəmiyyətli dərəcədə asılıdır. Davranışın 
səbəblərini adətən individual (fərdi) xüsusiyyətlər və ya həmin 
davranışın baş verdiyi vəziyyətlə, yaxud onların kombinasiyası 
ilə izah edirlər. 


38 
Şəkil 4.1. Qavrama prosesi 
Fiziki elementlər:

insanlar 

sexlər, ofislər 

iqlim və s. 
 
Sosio-mədəni elementlər: 

mədəni dəyərlər 

birgə fəaliyyət 

diskriminasiya 

mükafatlandırma 
sistemi 

idarəetmə stili və s. 
Xarici amillər: 
• intensivlik 
• kontrastlıq 
• təkrarolma 
hərəkət 
• yenilik 
• tanınan 
• kütləvi təsir 
Daxili amillər: 
• Motivasiya 
• Tələbatlar 
• Gözləmələr 
• Təlim 
• Mən-konsepsiya 
• Fərdin xüsusiyyətləri 
• Emosiyalar 
• Təcrübə 
Qavramanın 
fundamental 
təşkilat forması 
Fiqura-Fon 
Qavramanın, aşağıdakı 
prinsiplər əsasında, 
əhəmiyyətli bütövlükdə 
qruplaşması: 
• boşluqların 
oldurulması 
• bütövlük 
• yaxınlıq 
• oxşarlıq 
• daimilik 
• birgə zonanın
mumiliyi 
• 
kontekst əsasında
Qeydiyyat - hisslər 
: (göz,
görmə, qoxu,
eşitmə, toxunma, 
dad orqanları)
Seçmə qavrama 
(seleksiya 
mexanizmi) 
Qavramanın təşkili 
 
Davranış
Aşkar davranış 

Hərəkət

Ünsiyyət
Qavrama effektləri - 
insanı qavrama meyilləri 
1 )Qrupa, kateqoriyaya 
aid olmasına görə: 
stereoti-pizasiya effekti 
2) Onun bir 
arakteristikası
əsasında:
«halo-effekt»
Xarici amillər: 

mədəniyyət 
amilləri 

kütləvi
informasiya 
vasitələri
 
Daxili amillər: 

Gözləmə 

Arzu etmə 

Tələbatlar 

Motivasiya 

Emosiya 

Mən-konsepsiya  
İnterpretasiya 
Sosial qavrama 
(özünü və digər 
insanları, onların 
məcmularının 
qavranması) 
Amillər: 
• Sosial kon- 
tekst 
• İlkin 
təəssürat 
• Atribusiya 
 
Xarici 
mühit 
(sosialvəziy-
yət,
stimul)
Gizli davranış
• Təyinat 
• Təfəkkür 
• Motivasiya


39 
Dispozision (fərdi, daxili, internal) atribusiya fərdin bəzi 
aspektlərini (qabiliyyətini, bacarığını, şəxsi motivlərini) göstərir, 
situasion (xarici, eksternal) atribusiya isə xarici mühitin təsirini 
davranış üzərində cəmləyir. Hayderin əsəri atribusiya nəzəriyyəsi 
kimi tanınan ümumi yanaşma üçün əsas olmuşdur. Atribusiya aktı 
- özünə və ya digər insana hər hansı xarakteristikaların 
(xüsusiyyətlərin, emosiyaların, motivlərin və s.) verilməsidir. 
Atribusiyanın fundamental səhvi insanlar tərəfindən, hərə-
kətlərin situasion səbəblərinə və onların nəticələrinə dispozion 
(fərdi) səbəblərin xeyrinə olaraq məhəl qoymamaqdır. Bu səhv 
mütləq xarakter daşımır (o, universal deyil, hər zaman özünü 
büruzə vermir, hər şəraitdə onu ayırmaq və ləğv etmək olmur). 
Atribusiyanın fundamental səhvinin yaranma şəraitinə nəzər 
salaq: 
-«Yalançı razılıq» - öz davranışının tipikliyinin (öz hisslə-
rinin, dininin, inamının) yenidən qiymətləndirilməsidir. Bu, o 
deməkdir ki, müşahidəçi öz nöqteyi-nəzərini mütləq olaraq düz-
gün («normal») hesab edir və onun zənnincə, bu baxış bütün 
insanlara xas olmalıdır. Bu nöqteyi-nəzərdən uzaqlaşma
müşahidə olunan fərdin şəxsiyyəti ilə əlaqədardır. 
-«Qeyri-bərabər imkanlar» - fəaliyyət göstərən (müşahidə 
olunan) şəxsin nəzərə alınmamasıdır. Hər bir insan həyatı boyu 
müxtəlif rollar oynayır və bəzi rollar ona pozitiv keyfiyyətlərini 
büruzə vermək imkanı yaradır. Bu mexanizm məhz «rəhbər-tabe 
olan» vəziyyətindəki atribusiya zamanı işə düşür. 
-«Baş verməyən hadisənin informasiya dəyərinin nəzərə 
alınmaması». «Baş verməyən hadisə», yəni insanın «icra etmə-
diyi iş» haqqında informasiya davranışın qiymətləndirilməsi 
üçün faydalı ola bilər. Lakin bu halda nəzərə alınmır ki, müşahi-
dəçi yalnız «baş verən hadisə»ni qəbul edir. 
-«Mülahizələrə deyil, faktlara daha böyük inam». Birinci 
nöqteyi-nəzər hər zaman «daha qabarıq» fakta - şəxsiyyətə («fi-
quraya») aid olduğu halda, vəziyyəti («fonu») hələ müəyyən 


40 
etmək lazımdır. Burada «fiqura-fon» qavramasının cəmlənməsi 
mexanizmi işə düşür. 
-«Yanlış korellyasiyaların qurulması asanlığı». Bu feno-
men ondan ibarətdir ki, sadəlövh müşahidəçi hansısa iki fərdi xü-
susiyyəti mütləq bir-biri ilə əlaqəli şəkildə təsəvvür edir. İlk növ-
bədə xarici xüsusiyyət və psixoloji xassələr birləşməsi daha tez-
tez müşahidə olunur və bu da atribusiya prosesini tezləşdirir və 
sadələşdirir (məsələn, bütün kök insanelar - yaxşı adamdır, 
alçaqboylu rəhbər kişilər - şöhrətbazdır və s.). 
Bir qayda olaraq, insanlar uğuru öz şəxsi haqqı kimi qəbul 
edir, uğursuzluqlarında isə başqalarını və ya vəziyyəti günah-
landırırlar. Birgə fəaliyyət ərzində uğurun və uğursuzluğun qiy-
mətləndirilməsi zamanı menecerlər və onların tabeçiliyində olan 
işçilər arasında anlaşılmazlığın mövcudluğu hər bir təşkilat üçün 
tipik haldır. Atribusiya qanunlarını və əsas atributiv səhvləri (və 
ya atributiv effektləri) bilmək menecerə həm özünün, həm də 
işçilərinin qavrama qabiliyyətinin düzgün nizamlamasında 
köməklik edə bilər. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin