42
Təəssüratın idarə olunmasının əsas taktikaları. Təəssüra-
tın idarə olunması müxtəlif formalara malikdir. Onları
iki əsas
kateqoriyada birləşdirmək olar:
şəxsi mövqelərin gücləndi-
rilməsi, yəni şəxsi obrazımızı dəstəkləmək cəhdləri və
həm-
söhbətimizin mövqelərinin gücləndirilməsi - bizi maraqlandıran
insanın özünü bizim yanımızda rahat hiss etməsi üçün səy gös-
tərilməsi.
Şəxsi mövqelərin gücləndirilməsi taktikasının spesifik
tiplərinə öz xarici görünüşümüzün yaxşılaşdırılması
və qeyri-
verbal siqnalların düşünülmədən istifadəsi ilə bağlı hərəkətlər
daxildir.
Həmsöhbətimizin mövqelərinin gücləndirilməsinə
müraciət etdikdə qeyd etmək lazımdır ki, insanlar, digərlərində
pozitiv əhval və reaksiya oyatmaq
üçün müxtəlif üsullardan
istifadə edirlər (kompliment və yaltaqlıq, həmin insanın fikri ilə
razılaşma, məsləhət haqqında xahiş və s.).
Dostları ilə paylaş: