Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə19/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   73
Stereotip - qarşılıqlı əlaqə zamanı vasitə, «ixtisar», sxem kimi 
istifadə edilir və hadisə, yaxud insanın dayanıqlı obrazını əks 
etdirir. O, məişətdə və ya peşəkar fəaliyyət zamanı bu və ya 
digər hadisələr haqqında yaranan təsəvvürlər əsasında formala-
şır. Stereotip - məhdud keçmiş təcrübə, məhdud informasiya 
əsasında qərar qəbul etməyə cəhdetmə nəticəsində əmələ gəlir. 
«Gözləmələr effekti» və ya «Piqmalion effekti»nə əsasən insan 
hansı qarşılqlı əlaqəni gözləyirsə, nəticədə həmin əlaqəni də əldə 
edir (əgər gözləyir ki, işçi bağlı və qapalı bir xarakterə malik 
olacaq, onda məhz bu xasiyyətli işçi ilə rastlaşır; rahatlıq və 


37 
sadəlik barədə düşünürsə, onda partnyorunu da belə davranışa 
doğru yönəldəcəkdir). Bizim açıq və xoşrəftar davranışımıza 
əməkdaşlar da müvafiq qaydada cavab verirlər. 
«Qarşılıqlılıq prezumpsiyası» (qarşılıqlılıq illyuziyası) feno-
meni insanın, ətrafdakıların özünə qarşı münasibətini onun insan-
lara olan münasibətinə uyğun şəkildə qəbul etməsi meyilindən 
ibarətdir. 
«Proyeksiya effekti». Öz şəxsi keyfiyyətlərinin insanlara 
proyeksiya olunması gözləmə və müvafiq davranış təyinatı verir. 
Bu effekt özünü, çox zaman, insanların digər adamın nöqteyi-
nəzərini qəbul etməməsində göstərir. 
Atribusiya. 
Digər insanın davranış səbəbləri məlum olmayanda, davra-
nışın (həm də ümumilikdə sosial hadisənin) izahı vasitəsi kimi 
informasiyanın təhrif, daha doğrusu isə, əlavə edilməsi icra olu-
nur. 
Atribusiya - insana ətrafındakı mühiti mənalandırmaq im-
kanı verir. Bir növ «avam» psixoloq tərəfindən davranış səbəblə-
rinin və onun nəticələrinin qavranması prosesi gedir. F.Hayder 
kazual (səbəb) atribusiyanı tətbiq və tədqiq edib. Kazual (sə-

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin