51
Maslou tələbatlarının iyerarxiyası
Özünün klassik əsərində Abraxam Maslou motivasiyanın
nəzəriyyəsindən ümumi şəkildə bəhs edir. Əsasən öz klinik
təcrübəsinə əsaslanan alim hesab edirdi ki, insanın motivləşdirici
tələbatlarını iyerarxik qaydada təsəvvür etmək olar. Əslində o,
belə düşünürdü ki, əgər müəyyən səviyyəli tələbatlar ödə-
nilmişsə, onlar artıq təhrikedici faktor rolunu oynaya bilməz.
İnsanı əməyə təhrik etmək üçün daha yüksək səviyyəli tələbatları
fəallaşdırmaq lazımdır.
Dostları ilə paylaş: