46
lərimizin, müdirlərimizin, televiziya qəhramanlarının davranış
modellərinin müşahidəsi nəticəsində formalaşmışdır.
Davranış hər zaman müəyyən nəticələrə gətirib çıxarır.
Bəzi nəticələr bir o qədər də böyük əhəmiyyət kəsb etməsə də,
digərləri dəyişikliklərə səbəb olurlar. Onlar davranışın təkrarlan-
ması ehtimalına təsir edirlər. Nəticələr isə həm pozitiv (arzu edi-
lən), həm də neqativ (arzuolunmaz) ola bilər. Ekspertlərin çoxu
bu fikirdədir ki, öyrəndiklərinin möhkəmləndirilməsi bu prosesin
ən vacib prinsipidir. Öyrəndiklərinin möhkəmləndirilməsi
prinsipinin nəzəri şəkildə ilk dəfə əsaslandırılması
amerikan
psixoloqu Torndaykın klassik effekt qanunu vasitəsilə icra
olunmuşdur.
Torndayka görə, effekt qanunu (
law of effect) bundan iba-
rətdir: «Eyni bir vəziyyətdə fərdin bir neçə reaksiyası çərçivə-
sində məmnuniyyətlə müşayiət olunan və ya ardınca məmnu-
niyyət gələn reaksiyalar təkrarlanacaqlar. Diskomfortla (cəza)
müşayiət
olunan reaksiyalar isə, ehtimal ki, daha az təkrarlana-
caqdır».
Pozitiv dəstəklənmə o zaman mövcuddur ki,
arzu edilən
nəticələrin davranışla əlaqəsi olsun. Əgər pozitiv həvəsləndirmə
mənbəyinin davranışla əlaqəsi varsa, bu, davranışın təkrar
olunması ehtimalını artırır. Neqativ həvəsləndirmə isə arzu olun-
mayan nəticələrdən yayınma zamanı meydana gəlir. O da öz
növbəsində davranışın təkrar olunması imkanını artırır.
Pozitiv
dəstəklənmə davranışın arzuolunan nəticələrini nümayiş etdirdiyi
üçün onun ehtimal olunması gerçəkliyi artır. Neqativ
dəstəklənmə davranışın arzuolunmaz nəticələrini dayandırdığı və
aradan qaldırdığı üçün onun da ehtimal olunması reallığı artır.
Neqativ dəstəklənmə pozitiv dəstəklənmədən daha mürək-
kəb bir hadisədir. Lakin onu cəza ilə eyniləşdirmək olmaz. Mahi-
yyətcə onlar davranışa əks təsir göstərirlər. Neqativ dəstəklənmə
arzu olunan davranışı gücləndirir və onun ehtimal olunma
dərəcəsini artırır. Eyni zamanda cəza davranışı zəiflədir və onun
ehtimal olunması imkanı aşağı enir.
Buna baxmayaraq, onların
47
hər ikisi davranışa neqativ nəzarətin formaları kimi təzahür
edirlər. Belə iddia etmək olar ki, cəzanın iki növü mövcuddur.
İlk növbədə pozitiv nəticələrin ləğvi ilə yanaşı, neqativ
Dostları ilə paylaş: