Şəkil 6.3. Porter-Loulerin motivasiya modeli
Əmək motivasiyasında ədalət nəzəriyyəsi
Ədalət nəzəriyyəsinin əmək motivasiyası kimi işlənib ha-
zırlanması sosia-l psixoloq C.Steysi Adamsa məxsusdur. Bu nə-
1. Təltifin
dəyəri
4. Qabiliyyət
və xarakter
cizgiləri
8. Ədalətli
təltif haqqında
təsəvvür
9. Məmnun-
luq
2. Səy
3. Göstərilən
səy və təltif
arasında hiss
edilən əlaqə
ehtimalı
6. İşin yerinə
yetirilməsi
(nailiyyət)
7a. Daxili
təltif
7b. Xarici
təltif
5.Rolun
qavranılması
57
zəriyyə onu göstərir ki, işin yerinə yetirilməsi və məmnunluğun
əldə edilməsində əsas rol ədalətə (yaxud ədalətsizliyə) məx-
susdur və işçilər bunu iş prosesinin konkret situasiyasında hiss
edirlər. Bu, koqnitiv proseslərə əsaslanan başqa bir motivasiya
nəzəriyyəsidir. Hazırkı nəzəriyyədə dörd mühüm parametr is-
tifadə edilir: şəxsiyyət, əmək, nəticə, müqayisə üçün etalon. Əda-
lət nəzəriyyəsi təsdiq edir ki, insanlar subyektiv olaraq əldə
etdikləri təltifin sərf edilən səylərlə bağlı olduğuna münasibət
bildirir və onu eyni işi yerinə yetirən başqa adamların təltifi ilə
müqayisə edirlər.
İnsan, onun işin yerinə yetirilməsinə sərf etdiyi əməyinin
nisbətinin digər işçilərdə müvafiq nisbətlə fərq təşkil etdiyi halda
ədalətsizlik situasiyası yaranır. Özünə və digər insanlara dair
əməyə görə töhfənin və əldə edilən nəticənin qiymətləndirilməsi
insanın subyektiv təsəvvürlərinə əsaslanır. Ədalətin bərpası na-
minə insan öz töhfəsini, yaxud əldə etdiyi nəticəni dəyişdirə,
onları qəsdən təhrif edə, işdən uzaqlaşa, başqa adamlara təsir
etməyə, yaxud onların davranışını dəyişməyə çalışa bilər.
1968-ci ildən başlayaraq Lokkun təqdim etdiyi işi məqsəd-
qoyma nəzəriyyəsinin əsasını təşkil edən iş kimi qəbul edirlər.
Beləliklə, gözləmə nəzəriyyələrində olduğu kimi, Lokkun fərd
tərəfindən nəyi isə əldə etmək, yaxud əlində saxlamaq meyli
kimi müəyyənləşdirdiyi dəyərlər və onların qiymətləndirilməsi,
davranışın mühüm koqnitiv determinantlarını təşkil edir. Sonra
Lokk göstərirdi ki, fərd bu dəyərləri emosiya, yaxud arzular
vasitəsilə qavrayır. Dəyərlərdən başqa, meyillər və ya məqsədlər
də davranışın koqnitiv determinantları kimi mühüm rol
oynayırlar. Bu məqamda, şübhəsiz ki, Lokkun məqsədqoyma
nəzəriyyəsi, gözləmə nəzəriyyələrinin çərçivəsindən kənara
çıxır. O başa düşürdü ki, insanlar öz emosiya, yaxud arzularına
çatmaq üçün məqsədlərə nail olmağa çalışırlar. Məqsədlər insan
davranışına istiqamət verir və müəyyən nəticə əldə etməkdən
ötrü onun fikir və hərəkətlərini səmtləşdirir. Gələcəkdə bu niyyət
və məqsədlər həyata keçməsə belə, insan onlara reaksiya verir və
58
hərəkət edir. Reaksiyanın sonunda isə əks əlaqə, yaxud
möhkəmləndirmə baş verir.
Dostları ilə paylaş: |