Şəkil 6.2. Vrumun əmək motivasiyasında gözləmə
nəzəriyyəsi (VIE)
ona nail olmamağı üstün tutur. Valentliyin digər mühüm cəhəti
ondan ibarətdir ki, ikinci səviyyə nəticəsinin əldə edilməsi üçün
birinci səviyyə nəticəsinin instrumentallığına müraciət olunur.
Vruma görə, motivasiya prosesinin daha mühüm dəyişəni –
gözləmədir. Vrum nəzəriyyəsində gözləmə, ehtimal ki, nəzərdə
Gözləmə
(bacarar/ba-
carmaz
))
İnstrumentallıq
(alar/almaz))
Motivasiyanın
gücü=
valentl
ik* gözləmə
(Valentlik-
gözlənilən
faydalılıq)
Birinci sə-
viyyə nəti-
cələri
Nəticələr 1
Nəticə 2
İkinci sə-
viyyə nəti-
cələri
Nəticə 1a
Nəticə1b
Nəticə 2a
Nəticə 2b
Nəticə 2v
55
tutulur (0-dan 1-ə kimi titrəyişlərlə). Bu zaman bəzi hərəkətlər,
yaxud səylər birinci səviyyənin müəyyən nəticəsinə gətirib
çıxaracaqdır. İnstrumentallıq birinci səviyyə nəticələrinin ikinci
səviyyənin arzuedilən nəticələrinə nə dərəcədə səbəb olmasını
müəyyənləşdirir. Qısaca söyləsək, motivasiyanın, müəyyən
hərəkəti yerinə yetirmək üçün lazım olan gücü gözləməyə
vurulan nəticə valentliklərinin (instrumentallıq da daxil olmaq
şərti ilə) cəbri məbləğindən asılı olacaqdır.
Porter-Louler modeli
Porter və Louler ilkin şəraitə istinadən təsdiq edirlər ki,
motivasiya (səy, yaxud enerji) məmnunluq və ya icraçılığa bəra-
bər deyil. Motivasiya, məmnunluq və icraçılıq ayrıca dəyişən-
lərdir və bir-birinə fərz edildiyi kimi deyil, başqa cür təsir gös-
tərirlər. 5.6 №-li şəkildə bir çox dəyişənlərə dair model veri-
lmişdir. Ondan motivasiya, icraçılıq və məmnunluq arasında
olan mürəkkəb qarşılıqlı əlaqənin izahı üçün istifadə edirlər.
Sxemdə göstərildiyi kimi, 1, 2 və 3–cü bloklar əsasən
Vrum tənliyinin parametrlərinə uyğun gəlir. Lakin Porter və
Loulerin səyin (enerji, yaxud motivasiya) bilavasitə məhsuldarlı-
ğın artırılmasına yol açmaması haqqında fikri mühüm əhəmiyyət
kəsb edir. Bu əlaqə qabiliyyət, xarakter cizgiləri və işçinin öz
rolu haqqında təsəvvürü ilə bağlıdır. Porter-Loulerin modelində
işin icrasından sonra gələn mərhələ daha mühüm hesab edilir.
Belə ki, məmnunluq dərəcəsini həvəsləndirmənin özü və onun
qavranılması müəyyənləşdirəcəkdir. Başqa sözlə, Porter-Lou-
lerin modelinə görə (bu isə onu ənənəvi dərketmə sistemindən
əhəmiyyətli dərəcədə fərqləndirir) işin yerinə yetirilməsi məm-
nunluq hissi yaradır. Uzun illərdir ki, bu modellə əlaqədar müx-
təlif tədqiqatlar aparılır və alınan nəticə hər zaman təsdiqlənir.
|