63
1.
Vətrdişlərin müxtəlifliyi. Bu zaman müxtəlif vərdiş və
qabiliyyətlərin istifadəsinin zəruriliyi və dərəcəsi nəzərdə tutulur.
2.
İş tapşırığının birmənalılığı işin qeyd edilmiş başlanğıc
və son nöqtələrinin olub-olmamasını müəyyənləşdirir. Belə bir
sual da meydana çıxır ki, işçi ona tapşırılan işin müəyyən modu-
lunu nə dərəcədə tam şəkildə yerinə yetirə bilmişdir?
3.
İş tapşırığının əhəmiyyəti onun mühümlülük dərəcəsini
xarakterizə edir. Buraya həm daxili (tapşırığın yerinə yetirilməsi
təşkilat üçün nə dərəcədə vacibdir), həm də xarici faktorlar da-
xildir (işçilərin nə etdikləri və harada işlədikləri haqqında qo-
humları, dostları, yaxud qonşularına danışdıqları zaman keçirdik-
ləri iftixar hissinin səviyyəsi).
4.
Muxtariyyət - iş yerində müstəqillik məsələsi ilə bağlıdır.
Bu məqam, əməkdaşların öz iş qrafiklərini formalaşdırarkən,
qərarlar qəbul edərkən, yaxud məqsədə nail olmaq üsullarını
müəyyənləşdirərkən nə dərəcədə sərbəst olduqlarını göstərir.
5.
Əks-əlaqə - işin gedişi və müvəffəqiyyəti haqqında obyek-
tiv informasiyaya aiddir. O, bilavasitə işin özündən irəli gələ
bilər və nəzarətçilər, yaxud informasiya sistemi ilə təminoluna
bilər.
Əhəmiyyətli dərəcədə mühüm psixoloji vəziyyətləri aşağı-
dakı şəkildə ümumiləşdirmək olar:
Düşünmə (əhəmiyyət). Bu koqnitiv vəziyyət işçinin öz
əməyini qiymətləndirərkən onu mühüm və səmərəli əmək kimi
qavrama dərəcəsi (hansı dərəcədə) ilə bağlıdır.
Məsuliyyət. Bu vəziyyət görülmüş işə görə işçinin çirdiyi
şəxsi məsuliyyət hissinin səviyyəsini əks etdirir.
Dostları ilə paylaş: