Dərs vəsaiti təşkilati davranış kursunun qısa icmalını əhatə


Nəticənin başa düşülməsi (dərk edilməsi)



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə36/73
tarix10.12.2022
ölçüsü1,32 Mb.
#73661
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   73
Nəticənin başa düşülməsi (dərk edilməsi). Bu psixoloji 
vəziyyət bilavasitə əks-əlaqənin nəticəsidir və işçilərin işi nə də-
rəcədə yaxşı yerinə yetirdiklərini anlaması dərəcəsini əks etdirir. 
Hekman bu müddəaları təsvir edərək yazır: «Bu modelə 
görə, işçi ürəyincə olan (işin dərk edilmiş əhəmiyyəti) tapşırığı 
şəxsən (sınanılmış məsuliyyət) yaxşı yerinə yetirdiyi haqqında 
rəy eşitdikdə daxili məmnunluq hissi keçirir (əməyin nəticəindən 


64 
xəbərdar olmaq). Hekman daha sonra qeyd edir ki, belə, daxili 
xarakterli təltif işçiləri keyfiyyətli işləməyə təhrik edərək, onlara 
stimullaşdırıcı təsir göstərir. Əgər işçilər ilk vaxtlar buna mü-
vəffəq olmasalar, daha çox çalışacaqlar ki, yaxşı yerinə yetiril-
miş işdən daxili məmnunluq hiss etsinlər». Beləlikə, o nəticə çı-
xarır: «Burada əsas silsiləni ümumi nəticə təşkil edir. Bu, o za-
man baş verir ki, pozitiv əmək motivasiyası özünütəkrar edən 
təltiflə stimullaşdırılsın. Gözləmək olar ki, bu silsilə göstərilən 
üç psixoloji vəziyyətdən biri (yaxud daha artıq) davam edənə 
kimi təkrar olunacaqdır. Silsilə, fərdi işin keyfiyyətlə yerinə 
yetirilməsini təmin edən daxili xarakterli təltiflərin qiymətləndi-
rilməsini dayandıranadək davam edəcəkdir». 
İş yerlərinin yenidən layihələşdirilməsi üzrə tövsiyələr 
İş yerlərinin yenidən layihələşdiriləmsi üçün 6.3№-li şəkil-
də göstərilən konkret tövsiyələr təklif edilir. 
Son illərdə bütövlükdə əmək motivasiyası və xüsusilə iş 
tapşırığının layihələşdirilməsi ilə bağlı ictimai informasiyanın 
(social information approach, SIPA - МОСU) işlənmə metodu 
meydana çıxmışdır. MOCU-nun əsas şərti ondan ibarətdir ki, 
fərdlər uyğunlaşan orqanizmlər olaraq, öz baxışlarını, davranış 
formalarını və əqidələrini varlıqlarının ictimai kontekstinə, şəxsi 
keçmişlərinin və hazırkı davranışlarının reallıqlarına, eləcə də 
situasiyaya uyğunlaşdırırlar. Beləliklə, MOCU-ya görə, işçinin 
davranışının, göstəriş və real davranışın üç mühüm səbəbi 
mövcuddur. 
1. İşçi tərəfindən əməyin real şəraitinin (şərtlərin) koqni-
tiv qiymətləndirilməsi. 
2. İşçinin pozitiv stimullaşdırılması və öyrənmənin əvvəl-
ki tarixi daxil olmaqla onun keçmiş fəaliyyəti. 
3. Bilavasitə sosial (ictimai) kontekstə aid olan informasiya. 
Tədqiqatçılar belə bir fikir söyləyirlər ki, sosial informasi-
ya, yaxud sosial siqnallar işçilər tərəfindən onlara verilən tapşı-


65 
rıqların qiymətləndirilməsində daha böyük rol oynayır. Bu halda 
əməyin real şərtlərinin və ya keçmiş hərəkətlərin rolu daha azdır. 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin