30
nəzarət lokusuna malik insanlar (eksternal) belə iddia edirlər ki,
bütün həyati hadisələr, əsasən təsadüf və ya uğurun nəticəsidir-
lər. Daxili lokus-nəzarətə malik insanlar (internal) hesab edirlər
ki, onlar öz həyatlarının gedişinə müdaxilə edə bilərlər və onların
başına
gələnlər və ya, ehtimal ki,
gələcəkdə baş verə biləcək
hadisələr onların öz qərarlarının nəticəsidir. Tədqiqatlar göstərir
ki, daxili lokus-nəzarətə malik insanlar partisipativ (özünü
idarəetmə) şəraitində çalışaraq, öz işlərindən daha yüksək
dərəcədə razıdırlar. Xarici lokus-nəzarətə
malik fərdlər isə
özlərini direktiv idarəetmə şəraitində daha yaxşı hiss edirlər.
Dəyər - insan üçün xüsusi əhəmiyyət kəsb edən bir anla-
yışdır. Psixoloq M.Rokiç dəyəri müxtəlif vəziyyətlərdə
hərəkət və fikirləri müəyyən
edən dərin inam kimi qiymət-
ləndirmişdir. Dəyərlərin dəyişməsi menecerlər üçün mürəkkəb
bir situasiya yaradır, xüsusilə əmək və istehsalat dəyərləri
digərləri ilə ziddiyyət təşkil edəndə (məsələn,
iş və ailənin
maraqlarının uyğun gəlməməsi problemi). İnsan digər bir
insanın dəyərlilərinə təsir etmək istəyərkən,
müxtəlif üsullara
müraciət edir. Məsələn, mənəviyyatlandırma, şəxsi nümunə,
işə qarışmamaq, müvafiq dəyişmələrə
ehtiyac olduqda və
konkret dəyərlərin aydınlaşması üçün yardım.
Təyinatlar haqqında anlayış, onların komponentləri və
funksiyaları
Təyinat
- şəxsiyyətin, kiməsə, yaxud nəyəsə münasibətdə
özünü necə hiss etməsi və müəyyən şəkildə davranmasına hazır
olmasıdır.
gözləmələr və dəyərlər ------ › hisslərə səbəb olur -----› onlar da ----›
davranışa səbəb olur
Dostları ilə paylaş: