14
sərt rəqabət şəraitində davam gətirmək, istehsalın sabit inkişaf
perspektivlərini təmin etmək cəhdləri, onları yeni texnika və
texnologiya,
innovasiya
proseslərinin
tətbiqi haqqında
düşünməyə məcbur edir ki, bu da insanlarla işi daim təkmil-
ləşdirməyin vacibliyini şərtləndirir. Yeni əmək motivasiyası və
əxlaqının formalaşması, yeniliklərlə bağlı riskin sahibkarla bö-
lüşməyə hazırolma, daim dəyişən istehsal şəraitinə uyğunlaşmaq
üçün kadrların perspektiv inkişafı məsələləri getdikcə daha
böyük diqqət tələb edir. Təbiidir ki, insanların işini yeni əsaslarla
qurmaq üçün peşəkar intuisiyaya malik olan və müxtəlif
şəraitlərdə insanların davranış formalarını yaxşı bilən, hazırlıqlı
mütəxəssislərə ehtiyac vardır.
Dostları ilə paylaş: