Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


SOSİAL İŞİN SEMANTİK AMİLLƏRİ



Yüklə 247,59 Kb.
səhifə3/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

SOSİAL İŞİN SEMANTİK AMİLLƏRİ

“Həyatın mənası” problemi təkcə filosofların nəzəriyyə və düşüncələrinin obyekti deyil. O, adi bir şüurda da meydana gəlir və üzvi şəkildə insanın bütün həyat və sosial fəaliyyətinə daxil olur. İnsanla dünya arasnda bir çox müxtəlif əlaqələr mövcuddur. Onlardan bəziləri insan tərəfindən zəruri, vacib kimi, bəziləri isə əhəmiyyətsiz kimi qəbul edilir. Bəşər övladı əhəmiyyətsiz əlaqələrə laqeyd yanaşsa da, üçüncü sinif əlaqələri, ümumiyyətlə, anlamır.

İnsanların keçdiyi həyat yolu müxtəlif mərhələlərdən ibarətdir. Məsələn, ailədaxili mərhələ (böyümə və inkişaf), təhsil mərhələsi (orta və ali), əmək fəaliyyəti ilə məşğulluq və nigaha daxilolma mərhələsi, bunlar həyati situasiyaların ilkin dövrü kimi qiymətləndirlir. Digərləri isə “sosial çətinlik və mənəvi zədələyəci mərhələlər” (ağır itkilər, xəstəliklər və onların nəticələri, maddi sıxıntılar, mənəvi iztirablar) kimi xarakterizə olunur. Həyat şəraiti daim fəaliyyətdə olan insan ömrünü müəyyən məna ilə doldurur.

“Məna” termini müxtəlif situasiyalarda işlədilən fikirləri ifadə edir. Məsələn, “leksik vahidin əsas məzmunu”, “məntiqi əsas”, “məqsəd”, “təyinat”, “ideal məzmun”, “ideya”, “son məqsəd”, “dəyər”. Məna substantiv istiqamətə, obyektiv və subyektiv məzmuna malikdir. İnsan gündəlik həyatda varlığın həm fərdi, həm də kollektiv fəaliyyətin müxtəlif üsullarını həyata keçirdiyindən, mənanın bu substantiv istiqaməti özünü insanın məqsədlərində, əmək fəaliyyətində, istifadə etdiyi vasitələrdə, eləcə də ali dəyər kimi həyatın bütün sahələrində büruzə verir. Öz növbəsində, insanın fəaliyyəti hər zaman hədəf seçicidir. O, insanın tələbatlarının təmin edilməsi, maraq və məqsədlərinin həyata keçirilməsi, qarşıya qoyulan məsələlərin həll edilməsi ilə şərtlənmişdir. İnsanın həyat fəaliyyətinin mahiyyəti onun mənası (məqsəd, təyinat kimi) haqqında fikir söyləməyə imkan verir.

İnsanın fərdi və kollektiv yaşamı müəyyən mənada fərqli deyil. Fərdi həyatın mövcudluğu kollektiv cəmiyyətə inteqrasiya olunmuşdur. Ona görə də insan öz düşüncələrində, əməllərində müxtəlif sosial təmayülləri, hökm sürən sosial norma və prinsipləri həyata keçirir. İnsanın həyatı onun məqsədlərindən, dini və elmi təmayülündən, dünya görüşündən, ətraf aləmi nə dərəcədə qavramasından, cəmiyyətə inteqrasiya üsulundan, xülasə, sosial və ictimai varlığından asılıdır.

Məhz, fərdin cəmiyyətə inteqrasiya üsulu onun həyat standartlarını, özünün və başqalarının həyatına, cəmiyyətə və dövlətə münasibətini müəyyən edir. Fərdin cəmiyyətə daxil olması fenomeni onu narahat edən həyati məsələləri həll etmək, öz ideya və planlarını həyata keçirmək istəyi ilə bağlıdır.

Həyatın dolğunluğu, dəyərli və mənalı olması fərdin sosial rifahının yaxşılığı və onun özünü nə dərəcədə xoşbəxt hiss etməsindən asılıdır. İnsan həyatın dolğunluğunu digər insanlarla qarşılıqlı fəaliyyət prosesində özünün nə qədər lazımlı və faydalı olduğunu dərk etdiyi zaman hiss edir. İnsan həyatının mahiyyəti öz əksini cəmiyyətdə tapır, çünki ünsiyyətdən kənarda qalarkən o, narahatlıq, tənhalıq hissləri, tərk edilmə qorxusu keçirir. Qeyd etmək lazımdır ki, fəaliyyət insan üçün həm həyatın məqsəd və nəticələrini, şəxsiyyət kimi özünüreallaşdırma nöqteyi-nəzərindən, həm də subyekt kimi vacib sosial reallıq rolunu oynayır.

Psixoloqlar qeyd edirlər ki, insanın fəaliyyəti hər zaman dəyərlərin və müvafiq olaraq dəyər istiqamətlərinin müəyyən mənada ifadə olunması ilə müşahidə olunur. Çox vaxt bu təmayüllər fərdin fəaliyyət istiqamətlərini təşkil edir ki, bu da hökm sürən əxlaq və hüquq normalarının təsiri altında baş verir. Belə ki, əməyə istiqamətlənmə “işləmək üçün”, “özündən sonra xoş xatirə qoymaq”, “öz əməyi ilə insanlara fayda vermək üçün yaşamaq” kimi həyati mənalı prinsiplərdə ifadə oluna bilər. Çox vaxt fərd bir neçə həyati əhəmiyyət daşıyan istiqamətlərin daşıyıcısı olur.

İnsan fəaliyyəti bu həyati mənalı istiqamətlər üçün obyektiv əsas rolunu oynayır. Axı insanın ehtiyaclarının realizasiyası, məhz, fəaliyyət zamanı müəyyən edilir. Daxili əminlik əməldə icra olunaraq möhkəmləndirilməyi tələb edir. Lakin fəaliyyətin ehtiyacların realizasiyasını tam şəkildə müəyyən edə bilməsi üçün təkcə əminliyin olması kifayət etmir. Ehtiyacların realizasiyasının yalnız motivləri deyil, şərtləri də vacibdir. İnsan fəaliyyətinin mənası özünün bu və ya digər ehtiyaclardan asılı olduğunu amerikalı sosioloq A.Maslounun “ehtiyacların ierarxiyası” problemininin tədqiqində sübuta yetirdi. A. Maslouya görə, ən qədim dövrlərdən bu günə qədər ehtiyaclar “dəsti” insan üçün səciyyəvidir. İnsan öz həyat fəaliyyətinin sosial şərtləri və özünütəsdiqləmə duyğusu vasitəsilə ehtiyacların təminatını həyata keçirir. Beləliklə, ehtiyaclar fəaliyyətin keyfiyyətindən asılı olaraq ödənilə və ya ödənilməyə bilər. Onlar realizasiyanı tələb edən bir növ məcburiyyət yaradır. Bu cür özünəməxsus həyati əhəmiyyət kəsb edən məcburiyyət onun dərk edilməsi, qiymətləndirilməsi, əhəmiyyəti ilə üzvi surətdə bağlı olub ideal rolunda da çıxış edə bilər. Təkcə insan fəaliyyətinin növləri yox, eyni zamanda, hər bir situasiya həyati mənaya malikdir.

İnsanın fəaliyyəti müxtəlifdir: maddi-istehsal, siyasi, hüquqi, dini, ekoloji bədii-estetik, sosial. İnsan fəaliyyətinin özü fərdin ona obyektiv şəkildə daxil olması ilə determinasiya olunmuşdur. Fərd fəaliyyətin özünəməxsus sosial substansiyasını təmsil edir, yəni sadə dillə desək, fərdin istehsal münasibətlərinə daxil olması öz ehtiyaclarını təmin etmək zərurətindən (və yaxud bu münasibətləri “ierarxiya prinsipinə” əsasən qurmaq və müvafiq imkanlar hesabına tədricən həyata keçirmək) irəli gəldiyi kimi, fəaliyyətin həm indiki, həm də gələcək zaman üçün əhəmiyyəti nöqteyi-nəzərindən dərk edilməsi ilə müəyyənləşdirilmişdir. Fərd bu zaman həyati zərurət hesabına daxil olduğu fəaliyyətin sadəcə bir “parçası” olmağa can atmır. Müəyyən edilmiş vəziyyətdə konkret məna onun üçün yad deyil. Elə bir vəziyyət yoxdur ki, fərdin onun mənasını və özünün bu mənaya münasibətini dərk etmək imkanı olmamış olsun. Sosial fəaliyyətin strukturunu təhlil etsək, bu zaman görərik ki, “mən və vəziyyət” münasibəti hər zaman “mən” hərəkəti sosial fəaliyyətin həm vəziyyət, həm də subyekt kimi daxili dəyişikliklərinin özünü ifadə etməsidir. Bir sözlə, insan fəaliyyətinin bütün prosesləri yalnız subyektin aktivliyi ilə deyil, həm də obyektiv həyati vəziyyətlərin və fəaliyyətin şərtlərinin aktivliyi ilə bağlıdır.

Əlbəttə, fərdin fəaliyyətinin mənası onun öz məqsədləri, plan və nəticələri ilə müəyyən edilən növü ilə üzvi olaraq vəhdətdədir. Fəaliyyət prosesinin özü texnologiyanın özünəməxsusluğu, onun obyektiv və subyektiv amillərinin qarşılıqlı fəaliyyəti ilə də dəqiqləşdirilmişdir. Belə ki, maddi-istehsal fəaliyyətinin birbaşa nəticəsi maddi nemətlərin (istehsal vasitələri və istehlak malları) istehsalıdır, ona görə də onun mənası istehsal edilən məhsulların keyfiyyəti və sayı bu məqsədin həyata keçirilməsi yollarının axtarışı təhsil, ixtisasın artırılması, yeni maşın və texnologiyaların yaradılması və tətbiqi, yaradıcı, fəal, məsuliyyətli şəxsiyyətin inkişafı ilə bağlıdır. Maddi istehsal fəaliyyətinin özü ictimai hadisə kimi bu mənaya malikdir. Onun fərdi mənası isə daha müxtəlifdir: şəxsiyyətin özünü reallaşdırması, layiq olduğu əməkhaqqı ilə təmin olunması, özünü peşəkar ustalığını yüksəltmək.

İdeyaların, nəzəriyyələrin, proqramların, bədii dəyərlərin istehsalı əqli fəaliyyətin nəticəsi rolunda çıxış edir.

Sosial fəaliyyətin nəticəsi insan və onun rifahı naminə bütün ictimai münasibətlər sisteminin inkişafıdır. İnsan, ailə, kollektiv sosial fəaliyyətin obyektini, şəxsiyyət, dövlət, partiyalar, həmkarlar təşkilatları və s. onun subyektini təşkil edir. Sosial fəaliyyətin özünəməxsusluğu onun eyni zamanda həm obyektiv, həm də subyektiv olmasından ibarətdir. Onun formalaşması, inkişafı, bütün həyat fəaliyyəti həm müəyyən obyektiv şərtlərə tabe olur və həm də onların məna istiqamətinin mühüm (çox zaman da müəyyənedici) əhəmiyyət daşıdığı şəxsi səylərdən asılıdır.

Sosial fəaliyyət müxtəlifdir: tərbiyəvi, dini, maarifləndirici, tibbi, hüquqi və əhalinin sosial müdafiəsinə yönəldilən fəaliyyət. Həmçinin sosial fəaliyyətin obyekti müəyyən ictimai münasibətlər sistemində yalnız insan deyil, həm də insan fəaliyyətidir. Onların dəyişilməsi subyekt tərəfindən mövcud vəziyyətdən narazılığın dərk edilməsi ilə bağlıdır.

İctimai həyatda davamlı olaraq mürəkkəb sosial əlaqələr: real ictimai münasibətlər və cəmiyyətdə öz təsdiqini tapan dəyərlər sistemi formalaşır.

Firavanlıq, xoşbəxtlik insanın daxili aləminin xarici dünyaya inteqrasiyasından, onların qarşılıqlı təsirindən asılıdır. Filosoflar, sosioloqlar fəaliyyətləri müddətində fərdi və ictimai maraqların uzlaşmasının həm cəmiyyətin inkişafı üçün və həm də şəxsiyyətin rifahı üçün əhəmiyyətinə diqqət yetirmişlər (T.Hobs, R. Uintrop, J.J.Russo, F.Hegel, K.Marks, K.Helvetsiy, A.Smoll, C.K.Gelbreyt).

Maraqlar hesablaşmaq üçün lazım olan real gücü təmsil edir. Onlar insanların aktivliyi və passivliyinə həlledici təsir göstərirlər. Beləliklə, fərdin hər hansı maraqlarını ifadə edən fəaliyyətin mənası onun hədəf seçilməsi, məqsəd və nəticənin gözlənilməsi həmçinin buna səy göstərilməsi ilə öncədən müəyyənləşdirilmişdir. Lakin həyatda çox vaxt məqsəd və nəticə üst-üstə düşmür. Bu vəziyyət onunla bağlıdır ki, fəaliyyətin mənası fərdin özünü reallaşdırması üçün güclü tendensiyaya malikdir, ancaq bir çox obyektiv və subyektiv şərtlər və amillər buna mane olur, belə ki, son nəticə mənanın ifadə edilməsinin tendensiyalarına heç də hər zaman uyğun gəlmir.

Fərdin maraqları onun düşüncəsində dəyər istiqamətləri və ya məqsədləri kimi durur. Əgər maraqların məzmunu sosial fəaliyyətə meylliliyi ifadə edirsə, bu zaman dəyərlərin məzmunu cəmiyyətin mədəni nailiyyətləri ilə şərtlənmişdir. Dəyərlər sistemi hər şeydən əvvəl sözün ən geniş mənasında mədəniyyət dünyasıdır. Bu, insanın mənəvi fəaliyyətinin, onun əxlaqi düşüncəsinin, yəni şəxsiyyətin mənəvi zənginliyinin ifadə olunduğu qiymətlərin sahəsidir. Məhz, ona görə də dəyərlərə maraqların davamı kimi baxmaq olmaz. Onlarda nisbi sərbəstlik mövcuddur.

Beləliklə, həyatın mənası insanın mühüm mənəvi dəyəridir. O, o qədər vacibdir ki, insan hər zaman onun axtarışında, onunla qarşılıqlı əlaqədə və ondan asılı vəziyyətdə olur. Ön plana yalnız maddi şərtlər baxımından səmərəli, faydalı olan deyil, həm də insanın təyinatı: şəxsiyyətin ləyaqəti, özünütəsdiqi, azadlığı haqqında təsəvvür yaradan fəaliyyətlər çıxır.


Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin