Əhalinin miqrasiyası - əhalinin ölkənin daxilində (daxili) və ya bir ölkədən başqa ölkəyə (xarici) könüllü və ya məcburi köçməsi.
Mərhəmət - insanı digər insanlara yardım göstərməyə istiqamətləndirən onun həyat tərzinin etik kateqoriyasıdır. Aşağıdakı keyfiyyətlərin olmasını nəzərdə tutur: həssaslıq, rəhm, xeyirxahlıq, möhtac olanlara əvəzsiz yarıdım göstərmək ehtiyacı
Sədəqə - yoxsullara pul və ya ərzaq məhsulları şəklində verilən ianədir.
Narkomaniya - eyforiya: həyəcan, sərxoşluq hissi, həzz almaq, yüksək şən əhval yaratmaq məqsədi ilə narkotik vasitələrdən sui-istifadənin səbəb olduğu sosial təhlükəli psixi xəstəlik.